28 Yanvar 2018 23:39 Quranda təkamül yoxdur

İnsanın palçıqdan yaradılışı

Allah Quranda insanın yaradılışının da möcüzəvi şəkildə baş verdiyini xəbər verir. Allah ilk insanı palçığı insan bədəni halında formalaşdırıb ona Öz ruhundan üfürərək yaratmışdır.

“Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” (Sad surəsi, 71-72)

Ayələrdə müsəlman təkamülçülərin iddia etdiyi kimi insanın “meymundan” və ya bir başqa canlı növündən deyil, cansız maddə olan palçıqdan yaradıldığı xüsusilə bildirilmişdir. Allah cansız palçığı möcüzəvi şəkildə insana çevirmiş və bu bədənə ruh üfləmişdir. Burada heç bir təkamül dövrü yoxdur, Allah`ın birdən, möcüzəvi şəkildə yaratması var.

Quran ayələrindən təkamül nəzəriyyəsinə dəlil gətirməyə çalışanların yanılmaları

Darvinizmi müdafiə edən bəzi müsəlmanlar mənaları olduqca aydın olan ayələri səhv təfsir edir və onlara başqa mənalar yükləyirlər. Təkamülü müdafiə edə və Qurandan dəlillər göstərərək dəstəkləyə bilmək üçün bəzi ayələrin mənalarını özlərinin lehinə istədikləri kimi zənn və ehtimallar edərək səhv izah edirlər. Bu isə olduqca təhlükəli bir vəziyyətdir. Allah belə insanların vəziyyətini Quranda bu cür bildirmişdir:

"Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!” – deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar." (Ali İmran surəsi, 78)

Ayələri bilərək fərqli izah etmək, mənalarını dəyişdirmək böyük günahdır. Əlbəttə ki, dinlə təkamülün uzlaşdığını iddia edən hər kəsin bilərək belə bir günahı işlədiyini söyləmək doğru olmaz. Çünki bu insanların bir qismi söylədikləri sözün mənasını düşünmədən, ya da təkamül nəzəriyyəsinin arxasındakı təhlükələri görmədən bu addımı atırlar. Ancaq yenə də hər kəs Allah adına danışaraq, ayələri dəlil göstərərək insanlara Quran haqqında səhv məlumatlar söyləməyin məsuliyyəti altına girməkdən çəkinməlidir. Bu insanlar mövzunun nə qədər ciddi olduğunu düşünməli və Allah qarşısında hesabını verə bilməyəcəkləri təfsir və ya izahlar verməməlidirlər. Unudulmamalıdır ki, bu insanlar sadəcə özlərini yanıltmır, eyni zamanda onların izahlarını oxuyan insanların da yanılmalarına səbəb olurlar. Bu da çox ciddi bir məsuliyyətdir.

Bu hissədə müsəlman təkamülçülərin hansı Quran ayələri ilə təkamülə dəlil göstərməyə çalışdıqları mövzusuna toxunacağıq. Eyni zamanda bu insanların iddialarına yenə Quran ayələri ilə cavab verəcək, mötəbər qaynaq hesab edilən İslam alimlərimizin təfsirləri ilə qarşılaşdıracağıq.

1-ci aldanış:  Quranda təkamül dövrünə işarə olunduğu aldanışı

“İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır!  (İnsan surəsi, 1)

Yuxarıdakı ayə həmin insanların təkamülə dəlil olaraq göstərdikləri bir başqa ifadədir. Şəxsi fikirlərinə söykənən izahları ilə “o, xatırlanmağa layiq bir şey olmamışdır” ifadəsi “insanın bir insan olmadan əvvəlki hallarını ifadə etdiyini” söyləyirlər. Halbuki, əvvəlki iddia kimi bu iddia da həqiqətlərdən uzaqdır.

Altından xətt çəkilmiş ifadənin ərəbcə mənası belədir:

"lem yekun şey'en mezkuren"
Lem yekun : deyildi
Şey'en : bir şey
Mezkuren : zikr edilən, adı çəkilən

Bu ifadəni “təkamüllə yaradılış”a bir əsas kimi göstərməyə çalışmaq çox səhv addımdır. Necə ki, İslam alimləri bu ayədə təkamül dövründən bəhs edildiyini bildirməmişdir.

Ömər Nasuhi Bilmen ayəni belə təfsir edir:

“Bu ayələr Cənabı Haqqın insanları onlar heç mövcud, məlum deyilkən bir qətrə sudan eşidən və görən bir halda yaratdığını və onları imtahana tabe etdiyini bildirir. İnsan başlanğıcda heç mövcud deyildi, sonra bir müddət içində bir qətrə sudan, bir torpaqdan və palçıqdan təsvir edilmiş cəsəd halına gəlmişdir. O insan o an məlum deyildi, onun hansı ada sahib, nə üçün yaradılmış olduğu yer və göy xalqı tərəfindən bilinmirdi. Sonra ona ruh şüuru təsvir edilməyə başlanmışdı.” (6)

İmam Taberi isə ayəni “İnsanın (Adəmin) üzərindən elə bir zaman dilimi keçmişdir ki, o an o şanı və üstünlüyü olan bir şey belə deyildi. O sadəcə yapışqan və dəyişkən bir palçıq idi.” şəklində təfsir edir. (7)

Bu səbəbdən də bu ayədə keçən zamanı ifadə edən fikri təkamül prosesi kimi izah etmək Qurana görə əsası olmayan subyektiv bir açıqlamadır.

2-ci aldanış: İnsanın "təkamül mərhələləri" nəticəsində yaradıldığı aldanışı

“Necə olub ki, siz Allah’ın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı O sizi mərhələlərlə yaratdı.” (Nuh surəsi, 13-14)

Təkamül ilə yaradılışı müdafiə edənlər yuxarıdakı ayədə keçən “mərhələlərlə” kəliməsini “təkamül mərhələlərindən keçərək” şəklində tərcümə edirlər. Halbuki, ayədə keçən ərəbcə "etvaren" kəliməsinin “təkamül mərhələləri” kimi tərcümə edilməsi bu insanların şəxsi fikirləridir və bu İslam alimləri tərəfindən də qətiyyən qəbul edilmir.

"Etvar" sözü “rəftar, əhval, vəziyyət” mənasında işlənən “Tavru” isminin cəm şəklidir və Quranda başqa bir ayədə bu şəkildə işlədilməyib. İslam alimlərinin bu ayə ilə əlaqəli təfsirləri də bu həqiqəti bir daha göstərir.

Ömər Nasuhi Bilmen ayəni “Halbuki, sizi, şübhəsiz, müxtəlif dərəcələrdə yaratmışdır” şəklində tərcümə etmiş və bu şəkildə təfsir etmişdir:

Xaaliq-i Kərim (sizi, şübhəsiz, müxtəlif dərəcələrdə) müxtəlif surətlərdə (yaratmışdır). Siz başlanğıcda bir nütfə idiniz, sonra qan parçası, ət parçası, sümük sahibi oldunuz, sonra da bir insan olaraq bədənə sahib oldunuz. Bütün bu müxtəlif, ibrətli hadisələr, birləşmələr bir Xaaliq-i Hakim'in varlığına, qüdrət və əzəmətinə parlaq bir dəlil deyimi? Nə üçün siz öz yaradılışınızı heç düşünmürsünüz?!” (8)

Allah başqa ayələrdə insanın yaradılış mərhələlərinin ana bətnindəki mərhələlər oduğunu izah edir. (Həcc surəsi, 5) Belə ki, "etvaren" kəliməsinə də belə məna yüklənilməməlidir. Bu kəliməyə əsaslanaraq insanın əcdadının bir başqa canlı növü olduğunu söyləyib təkamül nəzəriyyəsinə bir dəlil yaratmaq olduqca səhv fikirdir.

3-cü aldanış: Əvvəl torpaqdan, sonra sudan yaradılışın təkamül ilə yaradılışa işarə etdiyinə dair aldanış

“... Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən?"(Kəhf surəsi, 37)

Kəhf surəsinin 37-ci ayəsinin və insanın  sudan yaradıldığının ifadə edildiyi digər ayələrin təkamül ilə yaradılışa bir dəlil olaraq göstərilməsi sadəcə olaraq fərdi fikirlərdir.  Bu ayələr belə bir məna daşımırlar. Ayədə keçən “torpaqdan yaradılma” hz. Adəmin yaradılışını, sudan yaradılıb düzgün bir insan halına gəlmək isə spermadan başlayan inkişafı izah edir. Aşağıdakı ayə isə Allah`ın palçıqdan birbaşa bir bəşər yaratdığına işarə edir. Hz. Adəmin yaradılışının göstərildiyi bu ayədə də bir mərhələdən bəhs olunur:

 "Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”(Hicr surəsi, 28-29)

 Onsuzda Quranda bildirilən yaradılış mərhələləri diqqətlə oxunsa, bir-birini izləyən proseslər göz önündə təsvir olunsa təkamülçülərin izahlarının yanlış olduğu dərhal görülər. Quranda hz. Adəmin təkamül mərhələləri ilə yaradılmadığını göstərən daha bir çox ayə mövcuddur. Bu ayələrdən birində belə buyurulur:

"Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” – dedi, o da oldu." (Ali İmran surəsi, 59)

 Yuxarıdakı ayədə Allah hz. Adəm ilə hz. İsanın eyni şəkildə yaradıldıqlarını bildirir. Daha əvvəl də söylədiyimiz kimi hz. Adəm bir atası olmadan, torpaqdan və Allah`ın“Ol” deməsi ilə yaradılmışdı. Hz. İsa da bir atası olmadan, Allah`ın diləməsi ilə,“Ol” əmri ilə yaradılmışdır. Ayələrdə hz. Məryəmin hz. İsaya hamilə qalması belə açıqlanır:

Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm" Məryəm dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?” Mələk dedi: “Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir”" (Məryəm surəsi, 19-21)

Torpaqdan və sudan yaradılışın bəhs olunduğu digər ayələrdə də, daha əvvəlki bölmədə araşdırdığımız kimi, insanın təkamül mərhələləri deyil, onun ana bətninə düşmədən əvvəlki, ana bətnindəki və doğumdan sonrakı yaradılış mərhələləri izah olunur. (www.evrimcilerinitiraflari.com)

4-cü aldanış: İlk insanını müəyyən proseslər nəticəsində yaradıldığı iddiası

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam” (Sad surəsi, 71)

Təkamül ilə əlaqəli digər aldanış isə ayədə keçən ifadənin səhv izah olunması nəticəsində ortaya çıxır. Ayədə altından xətt çəkilmiş ifadə “palçıqdan bir insan yaradıram” şəklində tərcümə edilir və bunun yavaş-yavaş, təkamül prosesi ilə gerçəkləşən yaradılışa diqqət çəkdiyini iddia edirlər. Lakin ayənin ərəbcəsi belə bir tərcümənin şəxsi fikirlərin məhsulu olduğunu və bilərəkdən təhrif edildiyini açıq şəkildə göstərir:

"İnni halikun bəşərən min tın." = "Mən palçıqdan bir insan yaradanam.”

Bu ayədə “yaradıram” kimi bir ifadə işlədilməyib. Necə ki, ayənin davamında “Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” şəklində keçir və buradan da “yaratma” prosesinin bir anda baş verdiyi məlum olur.

5-ci aldanış: Qurana görə insanlarla meymunlar arasında soy əlaqəsinin olduğu aldanışı

Təkamül nəzəriyyəsi ilə bağlı müzakirələr sırasında bəzi insanlar ayələri səhv izah edərək Allah`ın bir qrup yəhudini meymuna çevirdiyini söyləyirlər.  Həmin ayələr bunlardır:

“Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!”– dedik. Biz bunu onlarla (bir dövrdə) olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.” (Bəqərə surəsi, 65-66)

Halbuki, ayədən təkamül nəzəriyyəsinə paralel bir məna çıxmadığı aşkardır. Bunun bir neçə ayrı səbəbi var:

1) Ayədə nəzərdə tutulan cəza böyük ehtimalla mənəvi mənadadır. Yəni sözü gedən yəhudilərin fiziki mənada deyil, xarakter cəhətdən meymuna bənzədilmiş olduğu dolğun fikirdir.

2) Əgər ayədə bildirilən cəza fiziki mənada gerçəkləşmiş olsaydı belə bu təbiət qanunlarının xaricində reallaşan bir möcüzə olardı. Belə bir izah nəticəsində də Allah`ın diləməsi ilə bir anda baş verən möcüzəvi çevrilişdən, yəni şüurlu bir yaradılışdan bəhs olunardı.

3) Bu cəza tarixdə bir dəfə və məhdud sayda insanlar üçün gerçəkləşmişdi. Halbuki, təkamül nəzəriyyəsi bütün insanların meymunlar ilə soy əlaqəsinin olması kimi elm və məntiqdən kənar bir ssenari irəli sürür.

4) Ayədə insanların meymuna çevrilməsindən bəhs olunur, halbuki, təkamül nəzəriyyəsinin iddiası tərsinədir.

5) Quranda Maidə surəsinin 60-cı ayəsində də Allah`ın qəzəbləndiyi azğın cəmiyyətin meymunlara və donuzlara çevrildiyindən bəhs edilir. Belə vəziyyətdə əvvəldən araşdırdığımız səhv məntiq ilə yola çıxsaq, ayədə insanın sadəcə meymunla deyil, donuzla da əlaqəsinin olmasına işarə edildiyi kimi məntiqsiz bir nəticəyə gəlməliyik. Lakin təkamülçülərin belə insanla donuz arasında bir əlaqənin olduğuna dair bir iddiaları yoxdur.

6-cı aldanış: Hz. Adəmin ilk insan olmadığına dair aldanış

Təkamül ilə əlaqədar olaraq ortaya atılan bir digər iddia isə hz. Adəmin ilk insan ola bilməməsi, hətta insan olmamasıdır (hz. Adəmi tənzih edirik). Aşağıdakı ayə bu iddiaya dəlil olaraq götərilir:

"Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” – dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”" (Bəqərə surəsi, 30)

Bu iddianı müdafiə edənlər ayədəki “canişin bərqərar edəcəyəm” ifadəsində işlədilən ərəbcə olan “cəalə” feilini “təyin etmək” kəliməsi ilə izah edirlər. Yəni hz. Adəmin ilk insan olmadığını, bir çox insan arasında canişin olaraq təyin edildiyini söyləyirlər. Halbuki, “cəalə” kəliməsinin Quranda işlədilən çox müxtəlif mənaları var və bunlar bu şəkildədir.

Cəalə: Yaratmaq, icad etmək, çevirmək, etmək, qoymaq, qılmaq

Quranda “cəalə” feilinin keçdiyi digər ayələrdən ikisi bunlardır:

"De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən (cəalə) Odur. Necə də az şükür edirsiniz!”" (Mülk surəsi, 23)

"Ayı bir nur, günəşi də çıraq etmişdir (cəalə)."(Nuh surəsi, 16)

Bu iki ayədən başqa daha bir çox ayədə də hz. Adəmin torpaqdan yaradıldığı bildirilir. Hz. Adəmin digər insanlar içində bir insan olmadığı, xüsusi və fərqli yaradılışa sahib olduğu bu ayələrdən də aydın olur.

Quranda hz. Adəmin ilk insan olması haqqında verilən bir digər əsas məlumat isə onun cənnətdən çıxarılmasıdır. Ayələrdə belə buyurulur:

"Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik." (Əraf surəsi, 27)

Ayələrdəki ifadələr çox aydındır. Allah hz. Adəmi torpaqdan yaratmışdır. Hz. Adəm xüsusi bir yaradılışa sahibdir və bu yaradılışı onun əvvəlcə cənnətdə olmasından, daha sonra da oradan çıxarılmasından bəlli olur.

Bütün insanların hz. Adəmdən gəldiyini yəni hz. Adəmin ilk insan olduğunu xəbər verən bir çox ayədən biri də belədir:

"Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!” – demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!” – deməyəsiniz. Yaxud: “Atalarımız bizdən əvvəl Allah’a şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?” – deməyəsiniz." (Əraf surəsi, 172-173)

Qısası, hz. Adəm ilk insandır və Allah`ın ilk elçisidir. Bu mövzudakı ayələr hər hansı bir izaha ehtiyac olmayacaq qədər aydındır. Yeganə edilməli olan insanların səmimi bir qəlblə, vicdanlarının səsini dinləyərək və ixlasla Quran ayələrini oxumalarıdır. Allah bu niyyətlə ayələrini oxuyan qullarına mütləq doğru olanı göstərəcəkdir.

7-ci aldanış: İnsanın yaradılış şəkli ilə əlaqəli aldanış:

“Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.” (Nuh surəsi, 17-18)

Bu ayə təkamül ilə yaradılışı müdafiə edən müsəlmanların öz fikirlərinə dayaq, hətta çox vaxt da təməl olaraq istifadə etdikləri bir ayədir. Ayədə bildirilən “torpaqdan bir bitki kimi bitirmişdir” ifadəsi təkamülçülər tərəfindən qeyri-üzvi təkamülə bir dəlil olaraq göstərilir. Halbuki bu ifadə bir çox tərcümədə və təfsirdə qeyd edildiyi kimi ilk insanın torpaqdan yaradılmasını bildirir və “torpaqdan başlayaraq cinsinizdən yaratdı” mənasında işlədilir.

Necə ki, Elmalılı Hamdi Yazırın təfsirində də eyni məlumat verilir:

“Ayədə iki fikir var: Birincisi, sizi ərzdən bitirdi demək atanızı ərzdən bitirdi, onu öncə torpaqdan yaratmaq surətiylə cinsinizi yaratdı deməkdir. Digəri isə hamınızı ərzdən yaratdı mənasında olur, çünki Allah bizləri nütfələrdən, nütfələri qidalardan, qidaları nəbatatdan, onları da ərzdən yaradır.” (9)

Taberi təfsirində isə ayə bu cür izah olunur:

“... Allah sizi yerin torpağından yaratmışdır. Yoxdan yaradıb meydana gətirmişdir... Sonra sizi təkrar əvvəlki halınıza, torpağa çevirir. Yaradılışdan əvvəlki halınızaqayıdırsınız. İstədiyi zaman sizi yerdən diri olaraq çıxardır. Dünyada yenidən mövcud olursunuz.” (10)

İslam alimlərinin təfsirlərindən də göründüyü kimi, bu ayəni təkamül ilə yaradılışa dəstək olaraq göstərmək qeyri-mümkündür.

Üstəlik "qeyri-üzvi təkamül" adı ilə qarşıya qoyulan iddianın da heç bir elmi əsası yoxdur. Təkamülçülərin cansız maddələrin bir araya gələrək canlılar aləmini yaratdığına dair iddiaları heç bir müşahidə və təcrübə ilə təsdiqlənməmiş elmdən kənar bir iddiadır. Tam əksinə 19-cu əsrin sonlarında fransız bioloq Paster canlılar aləminin yalnızca canlılardan əmələ gəldiyini elmi şəkildə göstərmişdir. Bu həqiqət canlılar aləminin şüurlu bir şəkildə yaradıldığını, yəni bütün canlıları yaradanın Allah olduğunu qəti olaraq göstərir. (Daha ətraflı məlumat üçün Bkz, Kuran Darwinizm’i Yalanlıyor, Harun Yahya)

BƏZİ MÜSƏLMANLARIN MÜDAFİƏ ETDİYİ DARVİNİZMİN ƏSL ÜZÜ

Müsəlman təkamülçülərin Darvinizmi elmi həqiqət kimi göstərib bu nəzəriyyənin əsl üzünü görməməzliyə vurmaları olduqca yanlış hərəkətdir. XX əsrdə faşizm və kommunizm kimi iki qanlı ideologiyaya “elmi cəhətdən dəstək olan” Darvinizmin əsl üzü düşünüləndən daha da qaranlıqdır.

Məlumdur ki, keçən əsr bu iki ideologiyanın şiddətlə həyata keçirildiyi, kommunist inqilabların və faşist çevrilişlərin yaşandığı, bu səbəblə də qarşıdurmaların, döyüşlərin, vətəndaş müharibələrinin olduğu, dünyanın iki ayrı qütbə ayrıldığı, dünya tarixinin bəlkə də ən qanlı əsri olmuşdur. Bu qanlı tarixə imzalarını atanlar isə Lenin, Stalin, Mao, Pol Pot, Hitler, Mussolini, Franko kimi zalım diktatorlardır. (Daha ətraflı məlumat üçün Bkz. Darwinizm'in İnsanlığa Getirdiği Belalar, Harun Yahya, Vural Yayıncılık)

XX əsrin böyük siyasi, iqtisadi və əxlaqi çöküşünün fikri təməlində Darvinizmi görmək mümkündür. Əsrə damğasını vuran iki qanlı ideologiya özlərini darvinizm ilə dəstəkləyən, onunla güclənən sistemlərdir. Bu ideologiyaların öz qaynaqlarına baxıldıqda sözü gedən darvinizmin təsiri açıq şəkildə görünür.

Komunistlərin öndə gedənlərindən biri olan Marks Darvinə olan simpatiyasını ən böyük əsəri olan “Kapital”ı Darvinə ithaf etməklə də göstərmişdir. Kitabın almanca nəşrində əl yazısı ilə belə yazmışdı: "Çarlz Darvinə həqiqi pərəstişkarı Karl Marksdan".

Marksistlər cəmiyyətə Darvinizmi mənimsətməklə öz ideologiyalarını qəbul etdirə biləcəklərini düşünürlər. Əsasən, Darvinin "Şiddət və qarşıdurmalar dəyişməz bir təbiət qanunudur" prinsipinə çox əhəmiyyət verirlər. Elə buna görə kommunizm ideologiyasını özünə rəhbər tutan bütün terror təşkilatları xadimlərinə öz düşərgələrində aylarla kommunizm, dialektik materializm və Darvinizm təlimi verirlər.

Təkamülçü P. J. Darlinqton isə vəhşiliyin təkamül nəzəriyyəsinin bir qolu olduğunu belə bildirir:

"Birinci məsələ, eqoizm və vəhşilik içimizdəki təbii bir şeydir, ən uzaq əcdadımızdan bizə miras qalmışdır... Elə isə, vəhşilik insanlar üçün normaldır, təkamül məhsuludur" (11)

19-cu əsrdən bu yana hər zaman dinin ən böyük düşmənləri olan kommunistlərlə həm ortaq bir fikri, həm də  “kommunizmin elmi təməli” olan bir nəzəriyyəni müdafiə etmək, əlbəttə, müsəlmanın çəkinəcəyi bir qəflət halıdır.

Nasist Almaniyasının (Üçüncü Reyx) memarı Hitler özü də darvinistdir. Darvinin söylədiyi "həyat mübarizəsi" anlayışından ilhamlanaraq məşhur kitabının adını “Mənim mübarizəm” qoymuşdur. 1933-cü Nürnberq toplantısında “üstün irqin aşağı irqləri idarə etdiyini, bunun təbiətdə görülən bir haqq və yeganə məntiqli həqiqət olduğunu” söyləmişdi. (12) Bu söylədikləri onun Darvindən nə dərəcədə təsirləndiyinin göstəricisidir.

Almaniyada neo-nasistlərin dəfələrlə təşkil etdikləri mənfur hücumlarda bir çox türk vətəndaşı həyatını itirmiş, bir çoxu da yaralanmışdı. Neo-nasist qruplar təkamül nəzəriyyəsini özlərinin əsas fəsəfələri olaraq görür və Darvinin türklər haqqında söylədikləri fikirlərini də bir qaynaq olaraq irəli sürürdülər. (Daha ətraflı məlumat üçün Bkz. Darwin‘in Türk Düşmanlığı, Harun Yahya)

Bu həqiqətlərin qarşısında təkamül nəzəriyyəsinə, üstəlik elm tərəfindən də rədd edildiyi halda, elmi həqiqət olduğunu söyləmək, onun dinlə uyğunlaşdığını düşünmək, Quranda buna dair heç bir dəlil olmadığı halda Allah`ın təkamül ilə yaratdığını iddia etmək böyük bir aldanışdır.

NƏTİCƏ

Təkamülçülərin “din ilə elmi bir-birinə qarışdırmayın, inanc ayrı, təkamül həqiqəti ayrı” şəklindəki fikirləri də müsəlmanların birliklərini pozmaq və apardıqları mübarizəni zəiflətmək məqsədini daşıyır. Bu fikri önə sürənlərin əsas vermək istədikləri mesaj “Bir gerçək dünya var və bu elmlə aydın olur. Elm bizə yaradılış deyə bir şeyin olmadığın göstərir, lakin istəyən öz şəxsi fikri ilə istədiyinə inanar” təlqinidir. Bu böyük bir yalandır. Müsəlmanlar “həqiqəti” söyləməyi materialist fəsəfənin öhdəsinə buraxan və yaradılış həqiqətini sadəcə “şəxsi inanc” olaraq göstərməyə çalışan bu aldadıcı təlqinə qarşı şüurlu olmalıdırlar. Bu təlqini məğlub etmək isə asandır. Haqqın qarşısında batil olanın heç bir etibarlılığı olmayacağı bir Quran ayəsində belə bildirilir:

"Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allah’a aid etdiyiniz sifətlərə görə vay halınıza!" (Ənbiya surəsi, 18)

Bəzi müsəlmanların inkarçı təkamülçülərin çarəsizliklərini və elm qarşısında məğlub olmalarını görməmələrinin səbəbi elmi yeniliklərdən xəbərsiz olmalarıdır. Elmi yenilikləri izləməyən, təkamül nəzəriyyəsinin etibarsızlığını göstərən yazıları oxumayan bir insanın təkamül nəzəriyyəsinin elmi həqiqət olduğunu zənn etməsi təbii haldır. Lakin məlumatsızlıq bu mövzudakı əsərləri oxuyaraq rahatlıqla aradan qaldırıla bilər. Təkamül mövzusu haqqında ətraflı məlumat sahibi olan bir müsəlman təkamülçülərin iddiaları qarşısında qərarsız və səssiz qalmaz. Bundan əlavə, Allah`ın bənzərsiz yaratmasını və bütün kainatı əhatə edən qüsursuz sənətini dərin-dərin düşünmək, Qurana sarılmaq və Quran ayələrində bildirilən həqiqətləri qavramaq bu mənfi təsirlərdən xilas olmanın ən asan yoludur.

Bəlkə də bir çox səmimi müsəlman bugünə kimi kitab boyunca saydığımız səbəblərdən ötrü təkamül nəzəriyyəsini qəbul etmiş, hətta müdafiə etmiş ola bilər. Ancaq İslam əxlaqına görə insan səhvini gördüyü an dərhal doğru yola yönəlməlidir. Bir insan Darvinizmin təhlükəli üzünü və heç bir elmi əsası olmadığını öyrənmədən əvvəl bu nəzəriyyəni dəstəkləmiş ola bilər, lakin gözəl və əxlaqlı olan davranış bütün bunları öyrəndikdən sonra dərhal fəaliyyətə keçmək və bu zərərli ideologiyaya qarşı fikri mübarizəyə dəstək olmaqdır.

(1) Arda Denkel, Cumhuriyet Bilim Teknik Eki, 27 fevral 1999, səh.15
(2) David Skjaerlund, Philosophical Origins of Evolution.

(3) David Skjaerlund, Philosophical Origins of Evolution.

(4) Pierre-Paul Grassé, Evolution of Living Organisms, səh. 97)

(6) Ömer Nasuhi Bilmen, Kuran'ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, 8-ci cild, s. 3915

(7) İmam Taberi, Taberi Tefsiri, 6-cı cild, s.2684

5) Mark Czarnecki, "

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.