6 Yanvar 2018 15:18 Quranda təkamül yoxdur

Hz.Adəmin ilk insan olmaması ilə bağlı yalan

Təkamüllə yaradılış yalanı ilə bağlı ortaya atılan digər iddia isə hz.Adəmin ilk insan olmamasıdır (hətta insan olmaması) (hz. Adəmi tənzih edirik). Bu batil iddiaya "dəlil" olaraq aşağıdakı ayə göstərilir:

Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada  fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu. (Bəqərə surəsi, 30)

Bu iddianı müdafiə edənlər ayədə keçən "xəlifə yaradacağam" ifadəsində keçən ərəbcə "cəalə" felini "təyin etmək" sözü ilə açıqlayırlar. Yəni hz.Adəmin ilk insan olmadığı, bir çox insan arasından xəlifə olaraq "təyin edildiyi" yalanını irəli sürürlər. Halbuki "cəalə" sözü Quranda müxtəlif mənalarda istifadə edilmişdir:

Cəalə: Yaratmaq, icad etmək, çevirmək, etmək, qoymaq

Quranda "cəalə" felinin keçdiyi digər ayələrdən bir neçə nümunə bu şəkildədir:

Allah sizi tək bir nəfərdən xəlq etdi. Sonra onun özündən həmtayını yaratdı. O, heyvanlardan  səkkiz cift  əmələ gətirdi... (Zümər surəsi, 6)

De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükür edirsiniz!” (Mülk surəsi, 23)

Yuxarıdakı ayələrdə də göründüyü kimi, "cəalə" sözü bu ayədə yaradılma mənasında istifadə edilmişdir. Eyni zamanda, bir çox digər ayədə də hz. Adəmin torpaqdan yaradıldığı bildirilir. Bu ayələrin hamısından hz.Adəmin digər insanlar kimi olmadığını, xüsusi və fərqli şəkildə yaradıldığını anlayırıq.

Hz.Adəmin dünyada yaradıldığı yalanı

Quranda hz.Adəmin ilk insan olması ilə bağlı verilən digər mühüm məlumat da etdiyi səhvə görə özünün və (həyat) yoldaşının cənnətdən çıxarılmasıdır. Ayələrdə bu şəkildə buyurulur:

Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin dostları etdik. (Əraf surəsi, 27)

Biz dedik: “Ey Adəm, sən zövcənlə Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa zülm edənlərdən olarsınız”. Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də: “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər  sığınacaq və yaşayış vasitələri var”, -dedik. (Bəqərə surəsi, 35-36)

Bu ayələr başadüşülən və aydın şəkildə ifadə olunmuşdur. Allah hz.Adəmi bütün insanlardan fərqli yaratmışdır. Ayələrdən də aydın olur ki, hz.Adəm əvvəlcə cənnətdə yaradılmış, daha sonra oradan çıxarılmışdır. Ancaq təkamül yalanına inanan bəzi müsəlmanlar aydın ifadə olunan bu həqiqətləri qulaqardına vuraraq ayələrdəki “cənnət” sözünün axirətdəki cənnətə deyil, dünyadakı gözəl məkanlara işarə etdiyini deyirlər. Halbuki hz.Adəmin yaradıldığı cənnətin bir çox xüsusiyyəti Quranda bildirilir. Burada mələklər və şeytan var. Mələklər Allahla danışır. Ayələrdəki ifadələr bu qədər açıq olduğu halda, Quran əxlaqına uyğun olmayan şərhlərlə təkamül nəzəriyyəsinə "dəlil" axtarmağa çalışmaq yanlışdır.

Bütün insanların hz.Adəmdən gəldiyini, yəni hz.Adəmin ilk insan olduğunu xəbər verən ayələrdən bəziləri bunlardır:

Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”;Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bizi də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər bizi batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür. (Əraf surəsi, 172-173)

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.