Fosil qeydlərinin kafiliyi
Görəsən, ara forma fosillərinin yoxluğu qarşısında Darvinin 140 il əvvəl müdafiə etdiyi “ara formalar indi yoxdur, amma yeni tədqiqatlarla tapıla bilər” arqumenti hələ də etibarlıdır? Başqa sözlə, aparılan bütün fosil tədqiqatlarının nəticəsinə baxaraq ara formalarının, əslində, heç vaxt yaşamadıqları qəbul edilməlidir, yoxsa yeni araşdırmaların nəticələri gözlənilməlidir?
Bu suala veriləcək cavabı, əlbəttə, əlimizdəki fosil qeydlərinin zənginliyi müəyyən edir. Paleontoloji faktlara baxdıqda isə fosil qeydlərinin həddindən artıq zəngin olduğunu görürük. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş milyardlarla fosil nümunəsi var.48Bu fosillərə baxaraq 250 min müxtəlif canlı növü müəyyən edilmişdir və bunlar hal-hazırda yaşayan 1.5 milyon növə həddindən artıq bənzərdir. 49 (hal-hazırda yaşayan bu 1.5 milyon növün 1 milyonu həşəratlardır). Bu qədər zəngin fosil mənbəyinə baxmayaraq, heç bir ara forma tapılmasa da, yeni qazıntılarda ara formaların tapılacağı mümkün hesab edilir. Qlazqo Universitetindən paleontologiya professoru T.Nevil Corc bu həqiqəti illər əvvəl belə qəbul etmişdir:
Fosil qeydlərinin kasadlığı üçün üzr istəməyə artıq ehtiyac yoxdur..50
Amerikan Doğa Tarihi Müzesi Müdürü ünlü paleontolog Niles Eldredge ise, Darwin'in "fosil kayıtları yetersiz, ara formları o yüzden bulamıyoruz" iddiasının geçerli olmadığını şöyle açıklamaktadır:
Bütün dəlillər fosil qeydlərinin ortaya qoyduğu nəticənin doğru olduğunu göstərir: (Fosil qeydlərində) gördüyümüz boşluqlar həyat tarixindəki həqiqi hadisələri əks etdirir, bunlar fosil məcmusunun kifayət etməməsinin nəticəsi deyil.51
Robert Uesson isə 1991-ci ildə nəşr olunan “Təbii seçmədan kənar” (Beyond natural selection) adlı kitabında “fosil qeydlərindəki boşluqların həqiqi və faktiki” olduğunu belə açıqlayır:
Fosil qeydlərindəki boşluqlar həqiqətdir. Hər hansı (təkamül xarakterli) törəməni göstərən qeydlərin yoxluğu son dərəcə açıqdır. Növlər, əsasən, çox uzun zaman kəsikləri ərzində sabit qalmışlar. Növlər və xüsusilə cinslər heç vaxt yeni bir növə və ya cinsə doğru təkamül keçirməmişlər. Bunun əvəzinə, bir növ və ya cinsin digəri ilə yerdəyişməsi müşahidə edilmişdir. Dəyişiklik isə, əsasən, ani surətdə baş verir.52
Fosil qeydlərində sabitlik |
Ordovik dövrünə aid “at dırnağı xərçəngi” fosil. Bu 450 milyon illik fosildə günümüzdə yaşayan nümunələrində fərqlənmir. |
Ordovik dövrünə aid ustritsa fosilləri; bu gün yaşayan ustritsalardan fərqlənmir.
|
Ammonitlər, təxminən 350 milyon il əvvəl ortaya çıxdılar, 65 milyon il əvvəl nəsilləri kəsildi. Bu 300 milyon il boyu yusarıdakı fosildə gorünən quruluşları qətiyyən dəyişmədi.
|
400 milyon illik dəniz ulduzu fosili |
ABŞ-ın Qərbi Ontario ştatında tapılan 1,9 milyard illik bakteriya fosili. Bu gün yaşayan bakteriyalarla eyni quruluşdadır. |
Şotlandiyadakı Şərqi Kirkton bölgəsində tapılan ən qədim əqrəb fosili. Pulmonoscorpius kirttonensis adlandırılan növə aid bu əqrəb 320 milyon illikdir və günümüzdə yaşayan nümunələrindən fərqlənmir.
|
Bu vəziyyət təkamül nəzəriyyəsinin 140 ildən bəri irəli sürdüyü “ara forma fosilləri tapılmamışdır, amma sonradan tapıla bilər” arqumentinin artıq əsassız olduğunu göstərir. Fosil qeydləri canlıların mənşəyini anlamaq üçün kifayət qədər zəngindir və qarşımıza konkret faktlar qoyur: fərqli canlı növləri aralarında təkamül xarakterli “keçid formaları” olmadan yer üzündə bir anda və fərqli formaları ilə ayrı-ayrı meydana gəlmişlər.
Baltik dənizinin sahillərində kəhrəba içində tapılan təxminən 170 milyon illik bir həşərat fosili. Yaşayan nümunələrindən fərqlənmir.
|
35 milyon illik milçəklər. Yaşayan nümunələri ilə eyni bədən quruluşuna sahibdirlər.
|
Yurasik dövrünə aid təxminən 170 milyon illik krevet fosili. Yaşayan krevetlərdən fərqlənmir.
|
48 Duane T. Gish, Evolution: Fossils Still Say No, CA, 1995, s. 41.
49 David Day, Vanished Species, Gallery Books, New York, 1989.
50 T. Neville George, "Fossils in Evolutionary Perspective", Science Progress, vol. 48, January 1960, s. 1, 3.
51 N. Eldredge and I. Tattersall, The Myths of Human Evolution, Columbia University Press, 1982, s. 59.
52 R. Wesson, Beyond Natural Selection, MIT Press, Cambridge, MA, 1991, s. 45.