Dinlərin təkamülü yalanı necə yayıldı?
Dinlərin təkamülü yalanı necə yayıldı?
Təqribən yüz əlli il bundan əvvəl Çarlz Darvinin “Növlərin mənşəyi” adlı kitabının hələ ilk nəşri hazırlandığı dövrdə təkamül anlayışı materialist və ateist çevrələrdən dəstək almağa başlamışdı. Dövrün bəzi mütəfəkkirləri insanın ətrafında baş verən bütün proseslərin təkamüllə izah edilə biləcəyini hesab edirdi. Bu yanlışlığa görə, hər şey, guya, ibtidaidən və sadədən başlayır, daha sonra inkişaf edərək aliyə doğru gedirdi.
Bu yalanın bir çox sahəyə tətbiq edilməsinə cəhd göstərilirdi. Məsələn, iqtisadiyyat sahəsində marksizm təkamülə xas bir inkişafın qaçılmaz olduğunu və sonunda, bütün millətlərin kommunizmi qəbul edəcəyi iddiasını irəli sürürdü. Bunun sadəcə xəyaldan ibarət olduğu və marksizmin irəli sürdüyü iddiaların həqiqətləri əks etdirmədiyi zaman içərisində həyata keçən təcrübələrlə sübuta yetirildi.
Psixologiya sahəsində Freyd insanın təkamülə xas ali bir növ olduğunu, lakin psixoloji olaraq hələ, guya, ibtidai əcdadlarının sahib olduğu instinktlərlə hərəkət etdiyini deyirdi. Bu böyük yanlışlıq aparılan psixoloji tədqiqatlarla elmi cəhətdən tamamilə yerlə yeksan edildi. Freydizmin əsas fərziyyələrinin, demək olar ki, heç bir elmi əsası olmadığı üzə çıxdı.
Eyni şəkildə sosiologiya, antropologiya, tarix kimi elm sahələrində də təkamül nəzəriyyəsinin təsiri olmuş, lakin son yüz ildə əldə edilən bilik və kəşflər bu təsirin nə dərəcədə yanlış olduğunu göstərmişdir.
Bütün bu təkamülü müdafiə edən nəzəriyyələrin ortaq nöqtəsi isə Allah inancına qarşı olmaqdır. Dinlərin təkamülü yanlışlığı da bu məqsədlə və bu fəlsəfi əsaslar üzərində irəli sürüldü. Bu yanlışlığın aparıcı müdafiəçilərindən biri olan Herbert Spenserin həqiqətdən uzaq iddialarına görə, bəşəriyyətin ilk dövrlərində heç bir dini inanc yox idi. Guya, ilk dinlər isə ölülərə sitayiş etməklə başlamışdı. Dinlərin təkamülü yalanını müdafiə edən başqa antropoloqlar daha fərqli hekayələr irəli sürdülər. Bəzilərinə görə, dinin qaynağı animizmə (təbiətə canlılıq aid edilir, onda ruh olduğuna inanc duyulur), bəzilərinə görə isə totemizmə (simvol olaraq seçilən bir insan, qrup və ya əşyaya sitayiş etmə) əsaslanırdı. Başqa bir antropoloq olan E.B Taylora görə, tarixi proses ərzində sıra ilə animizm (təbiətə canlılıq aid etmə), manizm (əcdadlar kultu), politeizm (çoxtanrılılıq) və son olaraq da monoteizm (təktanrılılıq) gəlir.
Halbuki 19-cu əsrin ateist antropoloqları tərəfindən stol arxasında yazılmış ssenarilərlə ortaya atılan və sonra da daima gündəmdə saxlanılan bu nəzəriyyə saxtakarlıqdan başqa bir şey deyildi. Arxeoloji və tarixi tapıntıların da göstərdiyi kimi, sözügedən şəxslərin irəli sürdüyü iddiaların əksinə, tarixin ilk günündən bəri Allahın peyğəmbərləri vasitəsi ilə insanlara vəhy etdiyi haqq din var olmuşdur. Lakin demək olar ki, hər dövrdə haqq dinlə birlikdə batil və azğın inanclar da mövcudluğunu davam etdirmişdir. Hazırkı dövrdə də Allahın bir və tək olduğuna iman edən, Rəbbimizin nazil etdiyi dinə tabe olan insanlar olduğu kimi, daşdan, taxtadan düzəldilmiş bütlərə, bir sıra ruhlara, şeytana, müxtəlif heyvanlara, əcdadlarına, Günəşə, Aya, ulduzlara sitayiş etmə yanlışlığına düşən insanlar da vardır. Bundan əlavə, bunların əhəmiyyətli bir hissəsi geridə qalmış deyil, tam əksinə, olduqca müasir şərtlərdə yaşayan insanlardır.
Digər tərəfdən, tarix boyunca Allahın nazil etdiyi haqq dinlərin əmrlərini, tətbiq etdiklərini və əxlaqi dəyərlərini pozmağa çalışan insanlar da olmuşdur. Quranda bəzi insanların bir sıra batil inanc və əməlləri dinə daxil etməyə çalışdığı, bu yolla da, özlərinə göndərilən haqq dini dəyişdirib pozduqları xəbər verilmişdir:
Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!” -deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına! (Bəqərə surəsi, 79)
Bu vəziyyət Allahın varlığına və birliyinə inanan və Rəbbimizin bildirdiyi hökmlərinə tabe olan bəzi insanların zaman keçdikcə haqq dindən uzaqlaşıb azğın inanclara, batil hərəkətlərə meyil etmələrinə səbəb olmuşdur. Beləliklə, bir sıra azğın inanc və batil davranışlar meydana gəlmişdir. Digər sözlə, bəzi insanların irəli sürdüyü kimi, dinlərin təkamülü deyə bir proses əsla olmamış, lakin haqq dinin müəyyən dövrlərdə insanlar tərəfindən pozulması ilə azğın dinlər ortaya çıxmışdır.