“Dinlərin təkamülü” yalanı
Haqq din tarixin ilk günündən bəri vardır
Tarixin və cəmiyyətin təkamülə uğraması yalanının irəli sürənlərin bir başqa yanlışlığı da cəmiyyətlərin ən vacib dəyəri olan dinin də təkamülə uğraması iddiasıdır. Bu iddia 19-cu əsrdə irəli sürülmüş, materialist və ateistlər tərəfindən coşqunluqla müdafiə edilmiş, lakin bu iddianı dəstəkləyən heç bir arxeoloji dəlil əldə edilmədiyi üçün bir spekulyasiya kimi qalmışdır.
Bəşəriyyətin daha qədim dövrlərdə, guya, “ibtidai”, yəni çoxtanrılı və qəbiləyə məxsus dinlərə inandığı, tək Allaha inanma və əsası bütün insanlara xitab etmək olan haqq dinin –hansı ki, bu din ilk insan olan hz. Adəmdən başlayaraq Rəbbimizin bəşəriyyətə vəhy etdiyi haqq dindir– sonradan ortaya çıxdığı iddiasının heç bir əsası yoxdur. Lakin bəzi təkamülçülər bu iddianı həqiqət kimi göstərməyə çalışır, bu hərəkətləri ilə böyük səhvə yol verirlər. Darvinin bioloji təkamül nəzəriyyəsi yalan olduğu kimi, ondan ilhamlanaraq inkişaf etdirilən dinlərin təkamülü nəzəriyyəsi də bir yalandır.