13 Oktyabr 2017 17:41 Quranda təkamül yoxdur

Darvinist təbliğat üsulları :Psixoloji çətinlik və sıxıntı içində olmaqları hərəkətlərindən və verdikləri reaksiyalardan bəlli olur

Darvinistlərin, əslində, psixoloji sıxıntı içində olduqlarını göstərən mühüm bir əlamət də vardır: bədən dilləri. Xüsusilə, Yaradılış dəlillərini gördükləri zaman gərgin əhvallarından, göstərdikləri reaksiyalardan, nəzarətsiz hərəkətlərindən, sıxıntılı vəziyyətlərindən bu mövzuda məğlubiyyətə uğradıqları başa düşülür. Bax bu, darvinizmin yalan olduğunun önəmli dəlillərindən bir digəridir.

Onsuz da, darvinistlər, adətən, bu məğlubiyyəti və acınacaqlı halı bilərək Yaradılış müdafiəçilərinin qarşısına çıxırlar. Bu səbəblə haqqı və doğrunu müdafiə etməyin gətirdiyi rahatlıq və dinclik əvəzinə, üstlərində bir yalanı müdafiə etməyin yükü və sıxıntısı vardır. Öz ideologiyalarının tələb etdiyi kimi heç bir dəlili olmayan nəzəriyyəni sanki doğru imiş və elmi dəlilləri varmış kimi müdafiə etmək məcburiyyətindədirlər. Təkamül nəzəriyyəsinin yanlışlığına aid göstərilən həyati elmi sübutlara nəsə cavab vermək məcburiyyətindədirlər. İnsanların həqiqi elmi dəlillərə inanacaqlarını və bundan qane olacaqlarını bilə-bilə sanki doğru bir şeyi müdafiə edirmiş təəssüratı yaratmağa çalışacaqlar. Bir yalanı müdafiə etmək məcburiyyətində olmaq, xüsusilə də, gerçəklərin fərqində olan bir insan üçün böyük sıxıntıdır.

Təbiətdəki estetika, ahəng və simmetriya darvinistlər üçün ən böyük narahatlıq səbəblərindən biridir. Darvin belə bu narahatlığını gizlədə bilməmiş, tovuzquşunun lələklərinin onu “dilxor” etdiyini etiraf etmək məcburiyyətində qalmışdır.

Qarşılıqlı debat proqramları məhz bu səbəbdən hər darvinistin əsəbiləşdiyi, hirsləndiyi, sıxıldığı, qəribə əl-qol hərəkətləri ilə müqavimət göstərmək istədiyi, qəzəbdən boğulduğu, hücuma keçdiyi, təngə gəldiyi mühitdir. Daima izah etməyə çalışdıqları bir şey olduğunu söyləyir, lakin heç cür açıqlama verə bilmirlər. Açıqlama verə bilmələri mümkün deyildir, çünki təkamülü dəstəkləyən tək bir elmi dəlil yoxdur.
Bu, haqq olanı müdafiə etməməyin gətirdiyi narahatlıq və təlaşdır. Darvinistlər təkcə bu vəziyyətlərdə deyil, həyatlarının hər mərhələsində bu sıxıntılı əhvali-ruhiyyəni mütləq yaşayırlar. Çünki bir yalanı müdafiə edir, dürüst davranmırlar. Uca Allah heç bir elmə əsaslanmadan Rəbbimizə qarşı mübarizə halında olanların “güzəranının daraldığı”nı ayəsində bildirmişdir:

“Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar…” (Taha surəsi, 124)

Təkamülü təkzib edən bütün iddiaların elmdənkənar olduğunu irəli sürərlər

Bundan əvvəlki sətirlərdə darvinistlərin elmi terminlər və formullardan istifadə edərək özlərinə elmilik görkəmi verdiklərindən və bu yolla psixoloji təlqin verərək geniş kütlələri aldatdıqlarından bəhs etmişdik. Darvinistlərin bu istiqamətdə işlətdikləri ikinci saxtakarca taktika isə, darvinizmi müdafiə etməyənlərin elmi olmadıqlarını deyən aldadıcı özünümüdafiə mexanizmidir.

Darvinist şəxs sırf məğlub olacağını bildiyi üçün Yaradılışı müdafiə edən insanın qarşısına çıxmaz və bəhanə olaraq da “elmi debat mühitinin olmayacağı”nı iddia edər. Halbuki bu, acizlik və qaçışdır. Bu debatı aparmağı, təbii ki, istəməz, çünki məğlub olacağını və onu uca tutan saxta bir yığının qarşısında pərt olacağını bilir. Bunun əvəzinə elmilik fəndinin arxasına sığınaraq bu müzakirədən qaçmağın yollarını axtarır.
Halbuki elmi dəlil gətirən tərəf ancaq Yaradılış tərəfdarlarıdır. Heç bir darvinist indiyə qədər bircə dənə də elmi dəlil gətirə bilməmişdir. Onsuz da, gətirməsi mümkün deyildir. Lakin debat əsnasında görəcəyi təkamülü təkzib edən elmi dəlillər onu çətinliyə salacaqdır. Həqiqi fosilləri görəcək, təkamül saxtakarlıqları bir-bir ortaya qoyulacaq, təkamülçülərin necə tək bir zülalın təsadüfən əmələ gəlməsini izah edə bilmədikləri elmi dəlillərlə üzə çıxarılacaqdır. Bu məğlubiyyət darvinistlərə çox ağır gəlir. Elə bu səbəbdən də çox tanış bir psixoloji müdafiə üsulunun dalında gizlənir və qarşı tərəfi elmi olmamaqla təqsirləndirirlər.

Cənab Adnan Oktarın ateist və darvinist Riçard Dokinz ilə qarşılıqlı görüş tələbi dəfələrlə təkrarlanmış, bunun üçün ingilis qəzeti “The Times”a elan belə verilmişdir. Dokinzin debatdan qaçma səbəbi də, şübhəsiz, başda “Yaradılış Atlası” olmaq üzrə Cənab Adnan Oktarın əsərlərində şahid olduğu elmi faktların onun iddialarını tamamilə yerlə bir edəcəyini çox yaxşı bilməsidir.

Bu həqiqəti daima yadda saxlamaq lazımdır: darvinistlərin əlində bircə dənə də elmi dəlil yoxdur. Onların əlində ancaq demaqoqluq, yalan, ittiham, təcavüzkarlıq, psixoloji təlqin, saxta fosil və bolluca uydurma “elmi” terminlər vardır. “Elmilik” adında ortaya atılmaları əsrin ən şok edici hadisələrindən biridir. Bu, dünya səviyyəsindəki darvinist yalanın hüdudlarını göstərməkdədir. Elmin davamlı rədd etdiyi, uşaqların belə inanmadığı bir yalan elmi özünə qoruyucu qiyafə etmişdir.

Ona görə də təkamülü elm naminə müdafiə etdiyini və Yaradılış tərəfdarlarıyla elmi olmadıqları üçün görüşmədiyini iddia edən bir darvinist incələndiyi zaman mütləq bu insanın böyük bir yanlışlıq içində olduğunu daim xatırlamaq lazımdır. Elm, əslində, bütün darvinistlərin ən böyük yağısına çevrilmişdir. Çünki onlar elmin ardınca qaçdıqca, elmi həqiqətlər davamlı surətdə təkamülü məhv etməkdədir.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.