Darvinist diktaturanın məhv etdiyi alimlərdən biri – Nikolay Vavilov
Darvinist diktaturanın məhv etdiyi ilk alimlərdən biri SSRİ-nin akademiki olmuş – məşhur bioloq, genetik, seleksiyaçı Nikolay Vavilovdur.
Stalin genetika elmini qətiyyətlə rədd etmiş, təkamül fərziyyəsinin vurğunu olmuş, Lamarkın “qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi” fikrinə möhkəm sarılmışdır (hətta bu barədə məqalələri də olmuşdur). Həqiqi elm sahəsi olan genetika elmini müdafiə etmiş bioloq, genetik, seleksiyaçı, SSRİ Genetika İnstitutunun direktoru olmuş akademik Nikolay Vavilov isə Lamarkın “qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi” fikrinin genetik qanunlara əsasən qeyri-mümkün olduğunu hesab etmişdir. Yalnız əvvəlki nəsillərdə mövcud xüsusiyyətlərin – genlərdə artıq mövcud olan xüsusiyyətlərin nəsildən-nəslə ötürülməsinin həqiqət olduğunu qəbul etmişdir.
Stalinin dəstəklədiyi, onunla eyni görüşdə olan SSRİ Elmlər Akademiyasının akademiki T.D.Lısenko kənd təsərrüfatını təkamül fərziyyəsinə uyğunlaşdırmış, hesab etmişdir ki, buğdanı bir müddət soyuq mühitdə saxlayanda o, soyuq havaya dözümlülük qazanır və beləliklə, yeni taxıl növü meydana gəlir, onu soyuq iqlim qurşaqlarında əkmək olar. Lısenko genetik qanunlara əsasən qazanılmış xüsusiyyətin deyil, əvvəlki nəsillərdə mövcud olan xüsusiyyətlərin nəsildən-nəslə ötürüldüyü faktına qarşı çıxaraq, bu elmi faktı “nəsildən-nəsilə ötürülən uydurma şey”1 adlandırırdı. Vavilov Lısenkonun heç bir elmi əsası olmayan ideyalarını kənd təsərrüfatına tətbiq etməyə başladığı təcrübələrə qarşı çıxmış, elmi əsassızlığını sübut etmişdir.
Vavilov əsl alim kimi öz addımından geri çəkilməyərək və ölümünü gözə alaraq demişdir ki:
“Biz ölkəmizdə, sanki Qaliley dövrünün bərpa edildiyini gözə alaraq tonqala doğru gedirik”.2
Bu sözlər Vavilovun elmi dairələrdə işlətdiyi son söz oldu və nəticədə, ideologiyasına zidd olduğu üçün ateist və təkamül fərziyyəsinin heyranı olan diktator Stalin onu həbs etdirdi. 1941-ci ildə Nikolay Vavilov Böyük Britaniyaya casusluqda ittiham edilərək barəsində ölüm hökmü çıxarıldı. Sonralar dünyanın elmi dairələrinin təzyiqi ilə Vavilov haqqında çıxarılmış ölüm hökmü dəyişdirilərək uzunmüddətli həbslə əvəz olunur, lakin akademik 1943-cü ildə Saratov həbsxanasında ölü tapılır. Bununla kifayətlənməyərək akademikin əlyazmaları da yandırılmışdır.
Sonradan Lısenkonun genetika elmini heçə sayaraq apardığı təcrübələri biabırçılıqla nəticələndi, kənd təsərrüfatının bir çox sahələri məhv oldu, kütləvi aclıq baş verdi. Bununla yanaşı, Lısenko SSRİ-də genetika elminin geri düşməsinə səbəb oldu. Belə ki, Genetika İnstitutunun direktoru akademik Vavilov 1940-cı ildə həbs olunandan sonra onun yerinə keçən və 25 il həmin instituta rəhbərlik etmiş Lısenkonun dövründə dünya səviyyəsində qəbul olunmuş klassik genetikaya dair heç bir tədqiqat işi aparılmamışdır.
N.İ.Vavilovun həbsdən qabaq və həbs olunandan sonra çəkilmiş şəkilləri
İqtibaslar:
1. Т.Д. Лысенко, “Избранные сочинения”, 1953, Московский рабочий, с. 72
2. “«МЫ ПОЙДЕМ НА КОСТЕР», ИЗОБРАЖАЯ ДЕЛО ТАК, БУДТО БЫ В НАШЕЙ СТРАНЕ ВОЗРОЖДЕНЫ ВРЕМЕНА ГАЛИЛЕЯ”, «Вестник РАН», 2003, № 12
Şərh üçün bağlıdır.