BAKTERİYANIN QÜSURSUZ QURULUŞU TƏKAMÜL NƏZƏRİYYƏSİNİ TƏKZİB EDİR
Təkamül nəzəriyyəsini müdafiə edənlər bilirlər ki, əslində, bakteriyaların quruluşu sadə deyil. Ona görə bu mükəmməl canlıların xüsusiyyətlərindən bəhs edərkən və mexanizmlərini açıqlayarkən tərəddüd içində qalırlar. Mikroskopik canlının varlığını açıqlamaqda aciz qalan təkamül nəzəriyyəsinin çəkindiyi ən böyük faktlardan biri məhz budur. XX əsrin inkişaf edən elm və texnologiyası elektron mikroskopu altında təkamül yalanını ifşa edən yeni aləmi tanıtmışdır. Darvinistlərin getdikcə uzanan suallar zəncirinə beləcə yenisi də əlavə olunmuşdur. Təkamülçülər öz lehlərinə olan cavabları nə qədər axtarsalar da, onların araşdırmaları, əslində, Allahın gözlə görünməyən canlıda necə qüsursuz sənət yaratdığını görmək üçün yol olacaq. Allahın qüsursuz sənəti və elmi Quranda bu sözlərlə bildirilir:
Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, xəbərdardır! Yerə daxil olanı da, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da O bilir. O, rəhm edəndir, bağışlayandır! (Səba surəsi, 1-2)