Avropa tarixində dinlərin təhrif edilməsi
Tarixi Avropa xalqlarının inanclarında da bənzər pozulmanın izini görürük. Məsələn, qədim yunan batil inancları üzərində tədqiqat aparmış Aksel V. Persson (Axel W. Persson) “Tarixdən əvvəlki Yunanıstan” adlı əsərində belə yazır:
“Əvvəl mövcud olan tək Allah inancı daha sonra yunan dini miflərində gördüyümüz çoxsaylı lazımlı-lazımsız ilahi şəxsiyyətlərə çevrilmişdir. Mənim fikrimcə, bu bir çox ilahın varlığı tək və bir olan Allahı tərif edən müxtəlif isimlərin vaxt keçdikcə müxtəlif cür şərh olunmasına bağlıdır”.1
Eyni pozulmanın izlərini İtaliyada da görmək mümkündür. Arxeoloq Rozensveyq (Rosenzweig) qədim Etrusk dövrünə uyğun gələn “İquvin kitabələri” üzərində apardığı təhlillərdə: “İlahlar ilk olaraq sifətlərin müxtəlif cəhətlər kimi şərh olunması nəticəsində meydana gəlir”, –deyir.2
Qısaca desək, təqribən bir əsr ərzində əldə edilən bütün antropoloji və arxeoloji tapıntılar tarix boyu xalqların, əvvəlcə, tək Allah inancına sahib olduğunu, ancaq zaman ərzində bu inancın təhrif edildiyini göstərir. Əvvəlcə, hər şeyi yoxdan yaradan, hər şeyi görən və bilən, bütün aləmlərin sahibi olan Allaha inanan xalqlar zaman keçdikcə Rəbbimizin isimlərini ayrı-ayrı ilahlar kimi düşünmüş və birdən çox batil ilaha tapınmağa başlamışlar. Haqq və gerçək din bir və tək ilah olan Allaha ibadət edilən dindir. Çoxtanrılı dinlər isə Rəbbimizin hz. Adəmdən etibarən insanlara vəhy etdiyi haqq dinin insanlar tərəfindən təhrif edilməsi nəticəsində meydana gəlib.
Mənbə
- Axel Persson, The Religion of Greece in Prehistoric Times, University of California Press, 1942, səh. 124
- Book review, American Journal of Archaeology, 43 (1939): səh. 170-171