16 Yanvar 2018 20:16 Quranda təkamül yoxdur

Allah`ın yaratmasındakı elm

Allah`ın yaratmasındakı elm

Təkamül nəzəriyyəsini müdafiə edənlərin iddiasına görə Allah canlıların genetik quruluşlarında mutasiyalar vasitəsi ilə bəzi dəyişikliklər meydana gətirir və bu yolla onlara faydalı orqanlar verir. Ya da yenə bu iddiaya əsasən Allah öncə ibtidai canlılar yaradır, sonra bu canlıları kompleks hala gətirir və təbii seleksiya vasitəsi ilə onları mükəmməlləşdirir, onlara orqan əlavə edir ya da əvvəlcədən yaratdığı orqanı çıxardır, bir növü başqa növə çevirir.

Elmi nailiyətlərdən xəbərdar olmayan bəzi insanlar təkamül nəzəriyyəsini dəstəkləmək üçün bu cür xəyali səhnələr qururlar. Ancaq bu iddialar elmi həqiqətlərə tamamilə ziddir. Quranda da bu cür yaradılışdan qətiyyən bəhs edilmir.

Allah bütün kainatı yoxdan var edəndir

Allah istədiyini istədiyi şəkildə və zamanda bənzərsiz yaradan, yoxdan var edəndir. Hər cür əksiklikdən uzaq olan, heç bir şeyə ehtiyac duymayandır. Beləliklə, Allah`ın yaratması üçün heç bir səbəbə, mərhələyə, vasitəyə ehtiyac yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına bağlı olması kimsəni yanıltmamalıdır. Allah bütün bu səbəblərin yaradıcısı olaraq bunlardan tamamilə münəzzəhdir.

Bu da bildirilməlidir ki, Allah istəsə müəyyən mərhələlərlə yarada bilər. Məsələn, bitkini toxumdan çıxardır və ya insanı tək bir sperma ilə yumurta hüceyrəsini birləşdirərək mərhələ-mərhələ yaradır. Lakin bu mərhələlərin sonrakı səhifələrdə qeyd edəcəyimiz kimi təkamül iddiası ilə heç bir əlaqəsi yoxdur. Heç bir mərhələ şans, təsadüf və ya özbaşına gerçəkləşmir. Halbuki, təkamül nəzəriyyəsinin təməl iddiası hadisələrin şüursuz təsadüflərlə, öz-özünə meydana gəlməsidir. Tək bir hüceyrənin “ən gözəl surətdə” yaradılmış insan halına çevrilənə qədər, ya da bir bitkinin formalaşana qədər keçdiyi hər mərhələsi Allah`ın sonsuz qüdrəti ilə yaradılmış mükəmməl sistemlər vasitəsi ilə baş verir.

Allah yeri, göyü və ikisi arasındakı hər şeyi, bütün canlıları sadəcə diləmiş və yaratmışdır. Bu Allah üçün olduqca asanddır. Quranda da bu həqiqətdən bəhs olunmuş və yaradılış haqqında bunlar bildirilmişdir:

"Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: “Ol!” – deyirik, o da olur." (Nəhl surəsi, 40)



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.