4-cü xəta: Əvvəlcə torpaqdan, sonra isə sudan yaradılmağın təkamüllə yaradılışa işarə edildiyi xətası
“...Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni insan şəklinə salmış (Rəbbini) inkarmı edirsən?” (Kəhf surəsi, 37)
İmam Təbəri bu ayəni belə izah edir:
“Atan Adəmi torpaqdan yaradan, sonra səni bir kişinin spermasından meydana gətirən, daha sonra səni insan şəklinə salan Allahı inkar edirsən? Sənə bütün bunları verən və səni bu hala gətirən Allah sən ölüb torpağa qarışdıqdan sonra səni yenidən yeni bir məxluq olaraq yaratdı”. 47
Ömər Nəsuhi Bilmən isə həmin ayəni bu cür təfsir edir:
...Sənin əsilin və yaradılışının səbəbi olan həzrəti Adəmi (torpaqdan) yaradan, sonra da səni (nütfədən) vücudunun yaradılmasındakı ən əsas maddə olan bir parça mənidən (yaradan, sonra da səni kişi cildinə salan) səni tam insan olaraq vücuda yerləşdirən Xaliqi-Kərimi (inkarmı edirsən), çünki axirət həyatını inkar etmək Onun zühuruna gələcəyini xəbər verən və buna qadir olan Allah Təalanı inkar etmək deməkdir... 48
Yuxarıdakı təfsirlərdə də göründüyü kimi, “Kəhf” surəsinin 37-ci ayəsinin və insanın sudan yaradıldığının izah olunduğu digər ayələrin təkamüllə yaradılışa guya dəlil olaraq göstərilməsi yalnızca şəxsi fikirlərdir. Bu ayələrin belə mənaları yoxdur. Ayədə qeyd edilən “torpaqdan yaradılma” hz. Adəmin yaradılışını, sudan yaradılıb insan şəklinə düşmə isə spermadan yaradılmanı izah edir. Aşağıdakı ayədə də Allahın məhz palçıqdan birbaşa insan yaratdığına işarə edilir. Hz. Adəmin yaradılışından bəhs edilən bu ayədə də bir mərhələdən bəhs edilir:
Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)
Quranda bildirilən yaradılış mərhələləri diqqətlə oxunsa və bu mərhələlərə diqqət edilsə, təkamüllə yaradılma izahının yanlış olduğu dərhal anlaşılar.
Quranda hz. Adəmin təkamüllə mərhələ-mərhələ yaradılmadığını açıq şəkildə ifadə edən bir çox ayələr var. Bu ayələrin birində belə buyurulur:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu. (Ali İmran surəsi, 59)
Yuxarıdakı ayədə Allah hz. Adəm ilə hz. İsanın eyni şəkildə yaradıldıqlarını bildirir. Əvvəlcə də vurğuladığımız kimi, hz. Adəm atası olmadan, torpaqdan və Allahın “Ol” deməsi ilə yaradılmışdır. Hz. İsa da eynilə o cür, yəni atası olmadan, Allahın diləməsi və “Ol” əmri ilə yaradılmışdır. Ayələrdə hz. Məryəmə hz. İsanın lütf edilməsi belə açıqlanır:
Sonra (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında tam insan surətində peyda oldu. (Məryəm) dedi: “Mən səndən ər-Rəhmana sığınıram! Əgər müttəqisənsə, (mənə toxunma)”. (Mələk) dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. (Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?” (Mələk) dedi: «Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. (Bu,) hökmü verilmiş bir işdir.» (Məryəm surəsi, 17-21)
Torpaqdan və sudan yaradılmanın bildirildiyi digər ayələrdə də əvvəlki bölmədədə də açıqladığımız kimi, insanın təkamül mərhələləri deyil, insanın yaradılışının ana bətninə düşməzdən öncə və doğulduqdan sonrakı mərhələləri izah edilir:
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz . Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)
Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq (ana bətnindən) çıxardan Odur. Hərçənd ki, içərinizdə (qocalmamışdan) əvvəl öldürülənlər də var. (Bu ona görədir) ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, düşünüb daşınasınız. (Ğafir surəsi, 67)
Axıdılan bir nütfədən. (Nəcm surəsi, 46)