3-cü xəta:Sudan yaratmanın təkamüllə yaradılışa dəlil olması xətası
“İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik”. (İnsan surəsi, 2)
Təkamüllə yaradılışı müdafiə edənlər bir çox ayədə keçən “insanın sudan yaradıldığı” kimi ifadələri öz iddialarına guya dəlil kimi göstərməyə çalışırlar. Sudan bütün canlıların yarandığını iddia edirlər.
Halbuki insanın sudan yaradıldığının ifadə edildiyi ayələr də İslam alimləri və təfsirçilər tərəfindən həmişə spermadan yaradılış kimi açıqlanılıb. Məsələn, Əlmalılı Muhamməd Həmdi Yazır "İnsan" surəsinin 2-ci ayəsini belə təfsir edir:
"... Bu şəkildə bir nütfədən yaradıldı. Raqibin açıqladığı kimi, nütfə saf suya deyilir. Kişinin suyuna da nütfə deyilir. Nütfə ilə məni sinonim kimi sayılır. Lakin "Qiyamət" surəsinin sonunda da keçdiyi kimi, Quranda "Tökülən nütfədən bu nütfə" (Qiyamət surəsi, 37) buyurularaq nütfənin nütfədən bir parça olduğu ifadə edilmişdir. Səhih-i Müslimdə rəvayət olunduğu kimi, "Suyun hamısından uşaq olmaz" hədisində də bir bütünün hər hissəsi nəzərdə tutularaq "bir suyun hər bir parçasından" buyrulmamış, bir hissəsi nəzərdə tutularaq "suyun hamısından" buyrulmuş olmasından uşağın meydana gəldiyi o suyun, suyun cəmi olan bütün məni deyil, onun bir hissəsindən ibarət olduğu deyildiyinə görə, nütfə mənidən bir cüz olan saf toxumun adı olduğu başa düşülür". 44
İbni Təbəri isə bu ayəni; "... Adəmin nəslini kişinin və qadının bir-birinə qarışan döl sularından yaratdıq" şəklində təfsir edir. 45
Ömər Nəsuhi Bilmən təfsirində isə ayəni belə açıqlanır:
"... (Şübhə yox ki, Biz insanı qarışıq bir nütfədən yaratdıq) Kişi ilə qadının bir-birinə qarışan sularından vücudə gətirdik. Bəli ... İnsanlar bir müddət nütfə, yəni duru, saf su halında və bir müddətdə "ələqə" yəni uyuşmuş qan halında və bir müddətdə muzqa, yəni kiçik ət parçası halında olublar. Daha sonra da sümük kəsilib ətlə bürünmüş, bərhəyat (yaşayan) hala gəliblər ..." 46
Gördüyümüz kimi, insanın qarışıq bir damla sudan yaradılmasının təkamül nəzəriyyəsinin suyun içində təsadüflər nəticəsində yaranan bir hüceyrədən mərhələ-mərhələ insanın yaranması iddiası ilə əlaqəsi yoxdur. Bütün böyük müfəssirlərin açıqladığı kimi, bu ayədə də insanın ana qarnındakı yaradılışına diqqət çəkilir.
Başqa ayəyə də diqqət yetirsək, deyilənlərin yanlış olduğunu görərik. Ayədə belə buyurulur:
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)
Ayədə insanın yaradılış mərhələlərindən bəhs edilir. Birinci mərhələ olan torpaq insandakı əsas mineralları və elementləri təşkil edən xammaddədir. İkinci mərhələ isə bu elementlərin ana qarnındakı yumurtanı dölləmək üçün lazımi quruluşa və genetik məlumata sahib spermalardan ibarət olan və Quranda qarışıq su kimi təsvir edilən mənidə birləşməsidir. Qısası, insanın əsas xammadəsi torpaqdır. Torpağın özü isə bir damla mənidə o insanı yaradacaq şəkildə toplanıb. Ayədə bu “su” mərhələsindən dərhal sonra insanın ana bətnindəki inkişaf mərhələsi müəyyən edilib. Halbuki təkamül nəzəriyyəsi canlı aləmin guya öz-özünə suda başlamasından insanın yaranması arasında milyonlarla fərziyyəvi mərhələ (ilk hüceyrə, tək hüceyrəlilər, çox hüceyrəlilər, onurğasızlar, onurğalılar, sürünənlər, məməlilər, primatlar və s. bunların saysız ara keçidləri kimi) olduğunu güman edir. Ayədəki sıralamada isə qətiyyən bunun vurğulanmadığı göz önündədir.
İnsanın bir damla su halından sonra ələq halına gəldiyi bildirilir. Bu səbəbdən də məlumdur ki, insan növünün keçirdiyi təkamül mərhələləri yox, tək insanın ana bətnindən əvvəlki, ana bətnindəki və doğulduqdan sonra qocalana qədər davam edən yaradılış mərhələlərindən bəhs edilir.
İnsanın və digər canlıların sudan yaradıldığını bildirən digər ayələrdə də təkamülə aid heç bir işarə yoxdur. Bununla bağlı bəzi ayələr aşağıdakılardır:
“Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?” (Ənbiya surəsi, 30)
“Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir”. (Nur surəsi, 45)
Aşağıdakı ayələrdə isə “bir damla suyun məni olduğu” açıq-aşkar bildirilir:
Doğrusu, cütləri erkək və dişini yaradan Odur. Bir damla sudan (döl yatağına) məni töküləndə (min nutfetin iza tumna). Həqiqətən digər diriltmə (yenidən nəşət) də Ona aiddir. (Nəcm surəsi, 45-47)
Min |
: dan, dən |
Nutfətin |
: Nütfə, bir damla |
iza |
: -dığı zaman |
tumna |
: mənini axıtmaq |
Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi?(nutfətən min məniyyin yumna) (Qiyamət surəsi, 37)
Nutfətən |
: nütfə, bir damla su |
min |
: dan, dən |
Məniyyin |
: məni |
Yumna |
: atılıb tökülən |
Qoy insan nədən yaradıldığına bir baxsın! O, süzülüb tökülən bir mayedən yaradılmışdır. (Hulika min main dafikın) Bu (maye) bel və köks sümükləri arasından çıxır. (Tariq surəsi, 5-7)
Hulika |
: yaradıldı |
Min |
: dan, dən |
Main |
: su |
Dafikın |
: Birdən boşalan, tökülən, dəfələrlə axıdan, axıdılan. |
Bəzi təfsirçilər bu ayələrdəki “canlıların sudan yaranması” ifadəsində təkamül nəzəriyyəsinə işarə olduğunu zənn edirlər. Halbuki bu çox yanlışdır. Əvvəlcə də bildirdiyimiz kimi, ayələrdə canlıların sudan yaradıldığı bildirilərək canlıların əsas maddəsinin su olduğu xəbər verilir. Belə ki, müasir biologiyada ortaya qoyulur ki, su dünyadakı hər canlının bədəninin ən əsas ünsürüdür. İnsan bədəninin təxminən 70%-i sudur. Hər canlı bədənindəki su sayəsində hüceyrədaxili, hüceyrələrarası və toxumalararası əlaqəni təmin edir. Su olmadan canlılar olmaz.