21 Sentyabr 2016 02:11 Quranda təkamül yoxdur

2-ci xəta:Quranda təkamül prosesinə dəlil olması xətası

"İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır!" (İnsan surəsi, 1)

İnsanların təkamülə dəlil kimi irəli sürdüyü digər ayə isə yuxarıdakıdır. “Özü yad edilməyə dəyər bir şey deyilkən” ifadəsini insanın insan olmadan əvvəlki halı kimi açıqlayırlar. Halbuki ilk iddia kimi, bu da yanlışdır.

Altından xətt çəkilən ifadənin ərəbcəsi belədir:

"ləm yekun şəy'ən məzkurən"

Ləm yekun

: deyildi

Şəy'ən

: bir şey

Məzkurən

: zikredilən, adı keçən

Bu ifadəni təkamül yolu ilə yaradılışa dəlil göstərmək məntiqsiz hərəkətdir. Belə ki, bu ayə İslam alimləri tərəfindən təkamül prosesi kimi ifadə edilmir. Məsələn, Əlmalılı Hamdi Yazır bu ayədəki zaman ifadəsini belə təfsir edir:

"Başlanğıcda ilk maddələr olan ünsürlər və minerallar, sonra onlardan mərhələ-mərhələ yaradılıb orta maddələri olan bitki mənşəli, heyvani qidalar "palçıq şirəsi" (Muminun surəsi, 12), sonra onlardan süzülən yaxın maddəsi olan məniyə doğru yavaş-yavaş mərhələ və dərəcələr içində gələn bir şey olmuş, ancaq “insan” deyə yad edilən bir şey olmamışdı. Həqiqətdə insanın hər bir fərdi kimi cinsi də əzəli deyil, sonradan olmadır. Həm zamanın başlanğıcından, aləmin yaradılışından çox sonralar mövcud olmuşdur". 41

Ömər Nəsuhi Bilmən isə ayəni belə təfsir edir:

Bu ayələr göstərir ki, Allah insanları heç bir şey deyilkən bir qətrə sudan eşidən və görən yaradıb…

İnsan növü başlanğıcda heç mövcud deyildi, bir müddət sonra bir qətrə sudan, torpaqdan və palçıqdan təsvir edilmiş cəsəd halına gəlib. Həmin insan o vaxt məlum deyildi, onun nə adda və nə üçün yaradıldığını göy və yer əhli bilmirdi. Sonra özünə ruh bilgisi verilməyə başlandı”. 42

İmam Təbəri isə ayəni, "İnsanın '(Adəmin) üzərindən elə bir zaman keçib ki, o əsnada o, şanı və üstünlüyü olan bir şey belə deyildi. O yalnız yapışqan palçıq və dəyişən bir palçıq idi" şəklində təfsir edir. 43

Buna görə də ayədə keçən və zaman bildirən sözdən təkamülə dəlil kimi istifadə etmək yanlışdır.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.