1-ci xəta: İnsanın təkamül mərhələləri ilə yaradıldığı xətası
“Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı O sizi mərhələlərlə yaratdı”. (Nuh surəsi, 13-14)
Təkamüllə yaradılış müdafiəçilərinin ayədə keçən “mərhələlərlə” ifadəsini “təkamül mərhələlərindən keçirərək” kimi tərcümə etməsi bu insanların şəxsi fikirlərdir və İslam alimləri tərəfindən doğru qəbul edilmir.
“Ətvar” sözü “mərhələ, hal, vəziyyət” mənasındakı “tavru” kəlməsinin cəm formasıdır və Quranda bu şəkildə başqa ayədə keçmir. İslam alimlərinin bu ayə ilə bağlı təfsirləri də bu ayədə təkamül nəzəriyyəsi ilə bağlı ifadə olmadığını təsdiq edir.
Məsələn, Əlmalılı Muhamməd Həmdi Yazır bu ayəni “Halbuki O sizi mərhələ-mərhələ bir çox hallardan keçirərək yaradıb” kimi tərcümə edib. Ayənin təfsirində isə bu mərhələləri “təkamül mərtəbələri” şəklində ifadə edib. Ancaq burada “təkamül mərtəbələri” ifadəsi ilə nəzərdə tutulan mənanın insanın fərqli canlı növündən yarandığını irəli sürən təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, təfsirin ardında bu mərhələlərin nədən ibarət olduğu belə ifadə edilir:
"...Əbus-Səudun şərhinə görə; əvvəl ünsürlər, sonra qidalar, sonra qarışıqlar, sonra sperma, sonra embrion, sonra ət parçası, sonra sümük və ət halında, sonra da tam fərqli bir yaradılışla şəkil vermişdir". "Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır". (Muminun surəsi, 14). Bunları edən o gözəl Yaradıcı ucaldılmağa və hörmətə layiq deyil mi? O sizi başqa şəkildə və yaradılışla yüksəldə bilməzmi? Yaxud əzib yox edərək şiddətli əzaba sala bilməz mi? Siz niyə bunları düşünmürsünüz? "
Əlmalılının yuxarıdakı ifadələrindən də aydın olduğu kimi, bu ayədə keçən mərhələlər insanın sperma olaraq çatdığı ana bətnində əvvəl embrion, sonra ət parçası, sonra sümük və ət halında inkişaf edib, sonra da insan kimi dünyaya gəlişidir.
İmam Təbərinin təfsirində də “Nuh” surəsinin 14-cü ayəsi, "Halbuki O sizi mərhələlərdən keçirərək yaratmışdır" şəklində tərcümə edilmiş və "Əvvəl sperma halında idilər, sonra sizi qan laxtasına, ondan sonra da bir parça ət parçasına çevirib yaratdı" şəklində açıqlanmışdır. 39
Ömər Nəsuhi Bilmən isə ayəni, "Sizi, şübhəsiz, müxtəlif dərəcələrlə yaratmışdır" şəklində tərcümə edərək belə təfsir edib:
Xaaliq-i Kərim (sizi şübhəsiz, müxtəlif dərəcələrdə) müxtəlif surətlərdə (yaratmışdır). Siz başlanğıcda bir nütfə idiniz, sonra qan, ət parçası, sümük sahibi oldunuz, sonra da insan kimi bədən sahəsinə atıldınız. Bütün bu hadisələr, fəza hadisələri, inqilablar bir Xaaliq-i Hakimin varlığına, qüdrət və əzəmətinə aşkar dəlil deyilmi? Nə üçün siz öz yaradılışınızı heç düşünmürsünüz!"40
Gördüyümüz kimi, İslam alimləri “Nuh” surəsinin 14-cü ayəsini eyni şəkildə şərh edib, sperm halından insan halına çevrilmə arasındakı mərhələlər olduğunu vurğulayıblar. Deməli, Quran ayələri digər ayələrdəki təfsirlərə əsaslanaraq şərh edilməlidir. Çünki Allah başqa ayələrdə insanın yaradılış mərhələlərini ana bətnindəki mərhələlər kimi izah edir. Beləliklə, “ətvarən” sözünün də eyni mənanı verdiyini açıq-aşkar görürük. Bu sözü təkamüllə əlaqələndirib insanın mənşəyinin başqa canlı növündən olduğunu irəli sürmək yanlışdır.