13 Fevral 2017 18:31 Təkamülçülərə cavab

Yer kürəsində həyat qəflətən və çox müxtəlif formalarda ortaya çıxmışdır

Fosil izləri əvvəl də ifadə etdiyimiz kimi, təkamül nəzəriyyəsinin iddialarını dəstəkləyəcək heç bir dəlil təqdim etmirlər. Əksinə, yerin təbəqələri və fosil qeydləri araşdırılanda yer üzündəki canlı həyatının birdən-birə ortaya çıxdığı aydın olur. Canlı varlıqların qalıqlarına rast gəlinən ən dərin yer təbəqəsi 500 milyon il yaşındakı kembri təbəqəsidir.

Kembri dövrünə aid təbəqələrdə tapılan canlılar isə heç bir ataları olmadan birdən-birə fosil qalıqlarında meydana çıxır. Kembri qayalıqlarında tapılan fosillər diliklər, ilbizlər, trilobitlər, süngərlər, qurdlar, meduzalar, dəniz kirpiləri və digər mürəkkəb onurğasızlara aiddir. Kompleks varlıqlardan meydana gələn bu geniş canlı mozaikası valehedici bir şəkildə qəflətən ortaya çıxmışdır. Geoloji ədəbiyyatda bu möcüzəvi hadisə Kembri partlayışı olaraq xatırlanır.

Bu təbəqədəki canlıların çoxunda da göz kimi inkişaf etmiş orqanlar və ya qəlsəmə sistemi, qan dövranı kimi mükəmməl sistemlər vardır. Fosil qalıqlarında bu canlıların atalarının olduğuna dair hər hansı bir işarəyə rast gəlinməyib. “Earth Sciences” jurnalının təkamülçü redaktoru R.Monstarski (Richard Monestarsky) canlı varlıqların birdən-birə ortaya çıxmasını belə izah edir:

Bu gün gördüyümüz olduqca mürəkkəb heyvan növləri birdən ortaya çıxmışlar. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış heyvan filumları (komandaları) ilkin Kembri dövründə onsuz da mövcud olublar və yenə bu gün olduğu kimi, bir-birlərindən çox fərqli idilər.9

Canlılar aləminin belə qəflətən minlərlə heyvan növü ilə çoxaldığı və heç bir ortaq atası olmayan ayrı növlərdəki canlıların necə ortaya çıxdığı təkamülçülərin əsla cavablaya bilmədikləri bir sualdır. Bu səbəbdən, təkamülçü mənbələr Kembri dövrünün əvvəlini həyatın başlanğıcının meydana gəldiyi və qeyri-mümkünlüyün reallaşdığı 20 milyon illik xəyali bir dövr kimi qiymətləndirirlər. Bu dövr təkamüllü boşluq kimi adlandırılır. Ancaq bu günə qədər heç kim bu təkamüllü boşluğun nə olduğunu izah edə bilməmişdir.

İngilis bioloq və təkamülçü R.Dokinz (Richard Dawkins) bu mövzuda belə fikir bildirmişdir:

... 600 milyon illik Kembri layları (təkamülçülər bu gün Kembrinin başlanğıcını 530 milyon il əvvəl olaraq qəbul edirlər), başlıca onurğasız qruplarını tapdığımız ən köhnə laylardır. Bunlar ilk olaraq ortaya çıxdıqları formaları ilə təkamül keçirmiş şəkildədirlər. Sanki heç bir təkamül tarixinə sahib olmadan o halda, orada meydana gəlmiş kimidirlər. Təbii ki, bu birdən ortaya çıxma yaradılışçıları olduqca məmnun edir.10

1984-cü ildə Çinin Yunnan bölgəsinin cənub hissəsindəki Cheng Jiangda mürəkkəb onurğasızlar kəşf edildi. Bunların arasında olan və hal-hazırda nəsilləri tükənən trilobitlər ən azından indiki onurğasızlar qədər mürəkkəb quruluşlu idilər.

İsveçli təkamülçü paleontoloq Stefan Benqtson bu vəziyyəti belə açıqlayır:

Əgər canlılıq tarixində hər hansı bir hadisə insanın yaradılışı əsatirinə bənzədiləcəksə, o da çox hüceyrəli orqanizmlərin ekologiyada və təkamüldə baş aktyora çevrildikləri okean həyatındakı ani fərqliləşmə dövrüdür. Darvini təəccübləndirən və utandıran bu hadisə bizi də hələ təəccübləndirir.11

Bəli, həqiqətən də bu kompleks canlıların heç bir əcdadı və ya keçid forması olmadan birdən peyda olmaları bu gün də təkamülçülər üçün olduqca təəccüblü və cansıxıcıdır, eynilə 135 il əvvəl Darvin üçün olduğu kimi. Çünki təkamülçülər Darvindən 135 il sonra belə, bu sirri aça bilmək mövzusunda Darvindən daha irəli gedə bilməyiblər.

Göründüyü kimi, fosil qeydləri canlıların təkamülün iddia etdiyi kimi, ibtidaidən aliyə doğru bir proses izlədiyini deyil, bir anda və ən mükəmməl halda ortaya çıxdığını göstərir. Başqa bir ifadə ilə, canlılar təkamüllə əmələ gəlməyiblər, yaradılıblar.

“Budur dəlil”, -deyə təqdim etdikləri bütün fosillərin bir-birinin ardınca çürüməsi təkamülçüləri böyük xəyal qırıqlığına məruz qoymuşdur. Ancaq yenə də “bəlkə bir gün çıxar” ümidi ilə dəlil tapma axtarışı davam edir.

Lakin onların “bəlkə tapılacaq” ümidi ilə bu dəlilləri gözləməyə zamanları yoxdur (nə qədər gözləyirlərsə-gözləsinlər, tapa bilməyəcəklər). Bir az əvvəl də ifadə etdiyimiz kimi, təkamül siyasi hədəflərə xidmət edən bir düşüncədir və bu səbəbdən də nə şəkildə olursa-olsun, sübut etdirilməli və cəmiyyətlərə qəbul etdirilməlidir! Bu iş üçün lazım olanda çirkli üsullara, yəni saxtakarlıqlara da əl atılmalıdır.

Necə ki, elə də edilmişdir. Təkamülçü fəaliyyətlərin tarixi böyük elmi saxtakarlıqlar ilə doludur.

QEYDLƏR

9. Richard Monestarsky, “Misteries of the Orient”, Discover, aprel 1993, səh. 40.http://www.harunyahya.com/image/A_Historical_Lie_The_Stone_Age/uparrow.gif

10. Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, səh. 229.http://www.harunyahya.com/image/A_Historical_Lie_The_Stone_Age/uparrow.gif

11. Stefan Bengston, Nature, 345: 765 (1990).http://www.harunyahya.com/image/A_Historical_Lie_The_Stone_Age/uparrow.gif

 



Fosil qeydləri: Ara nümunələrin izi yoxdur

27 May 2017 16:14

Həyatın gerçək mənşəyi

Fosil qeydləri: Ara nümunələrin izi yoxdur
Elmin inkişafında iman edən alimlərin rolu

24 May 2017 23:29

Quranda təkamül yoxdur

Elmin inkişafında iman edən alimlərin rolu
Göz fosil qeydlərində birdən-birə üzə çıxır

22 May 2017 09:36

Təkamülçülərə cavab

Göz fosil qeydlərində birdən-birə üzə çıxır
Məməlilərin mənşəyi

3 May 2017 10:18

Təkamülçülərə cavab

Məməlilərin mənşəyi
Atın təkamülü ssenarisi

1 May 2017 22:09

Təkamülçülərə cavab

Atın təkamülü ssenarisi

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.