7 Aprel 2017 17:03 Quranda təkamül yoxdur

“Təbii seçmə təkamülə səbəb olur” iddiası saxtakarlıqdır

Darvin 19-cu əsrdə təkamül mexanizmi kimi bir məfhum irəli sürmüşdü: təbii seleksiya.

Təbii seleksiya, başqa adı ilə, təbii seçmə deməkdir. Güclü və içində mövcud olduğu şərtlərə uyğun canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, şirlər tərəfindən təhlükəyə məruz qalan zebra sürüsündə daha sürətlə qaçan zebralar həyatda qalacaqlar. Təbii seleksiya, həqiqətən də təbiətdəki canlılar arasında müşahidə edilən mexanizmdir. Ancaq heç vaxt təkamülçülərin xəyal etdikləri kimi canlılara yeni xüsusiyyətlər əlavə etmə və yeni növ meydana gətirmə qabiliyyətinə malik deyil.

Bu mövzunu belə bir misalla açıqlaya bilərik: fərz edək ki, bir coğrafi ərazidə biri daha tüklü, digəri isə nisbətən qısa tüklərə malik iki bənzər it cinsi yaşayır. Əgər bu ərazidə havanın temperaturu ekoloji dəyişiklik səbəbindən əhəmiyyətli dərəcədə aşağı düşərsə, uzun tüklü itlər qısa tüklü itlərə nisbətən soyuğa daha dözümlü olacaqlar. Bunun nəticəsində də uzun tüklü itlər daha çox üstünlük qazanacaq, yəni daha çox yaşayacaq, daha çox törəyəcək və rahat qidalanacaqdır. Bir müddət sonra qısa tüklü itlərin sayı da azalar və ya bu canlılar isti ərazilərə köçə bilərlər, ya da nəsilləri tamamilə kəsilər. Yəni uzun tüklü itlər təbii seleksiya ilə seçilmiş və digər növə nisbətən üstünlük qazanırlar.

Ancaq bu proses ortaya yeni it cinsi çıxarmır. Təbii seleksiya yolu ilə sadəcə onsuz da mövcud olan iki fərqli cinsdən biri üstünlük qazanır. Ortada heç uzun tüklü it yox ikən təbii seçmə nəticəsində uzun tüklü itlər əmələ gəlməmişdir. Bu itlərin zaman ərzində başqa canlı növünə çevrilməsindən də əsla söz gedə bilməz.

Qısacası, təbii seleksiya ortaya yeni növlər, yeni xüsusiyyətlər çıxarmır, sadəcə onsuz da mövcud olan növlərin həyatda qalma ehtimalı artır. Yeni növ və yeni xüsusiyyət əmələ gəlmədiyi üçün də təkamülçülərin iddia etdiyi təkamül də baş verməmişdir. Başqa sözlə, təbii seleksiyanın heç bir təkamül xarakteri yoxdur. Belə ki, Darvin özü də bu həqiqəti etiraf etmişdir:

“Təbii seleksiya faydalı canlıların başlanğıc mərhələlərinin əmələ gəlməsi üçün kifayət etmir”.1

Tanınmış təkamülçü paleontoloq ingilis Kolin Pattersonun bununla bağlı etirafı isə belədir:

Britaniya Təbiət Tarixi Muzeyinin Paleontologiya şöbəsinin baş elmi işçisi, “Təkamül” (“Evolution”) kitabının müəllifi Kolin Patterson.

“Heç kim təbii seleksiya mexanizmləri ilə yeni növ əmələ gətirə bilməmişdir. Heç kim belə bir şeyin yanına belə yaxınlaşa bilməmişdir. Bu gün neodarvinizmin ən çox müzakirə edilən mövzusu da budur”.2

Təbii seleksiya yenilik gətirərək bununla növləri dəyişdirən, məsələn, bir sürünənin zaman ərzində quşa çevrilməsini təmin edən möcüzələr yaradan mexanizm deyil. Məşhur bioloq Darsi Uenvort Tompsonun dediyi kimi: “Təbii ki, seleksiyada gördüyümüz şey yaratmaq deyil, yox etmək, aradan götürmək və yanğına sürükləməkdir”.3

Ona görə, darvinistlər təbii seleksiyanı təkamül mexanizmi kimi insanlara tanıtmağa çalışaraq yalan deyirlər. Təbii seleksiyanın təkamülə səbəb olmadığını özləri də bilmələrinə baxmayaraq, açıq şəkildə bu saxtakarlığı insanlara qəbul etdirməyə çalışırlar. Darvindən qalan mirasa sahiblənmək arzusu və xəyali ssenarilərinə yeni mexanizm uydura bilməmələri onları bu köhnə iddiaya, bu böyük yalana bağlamışdır. Dövrümüzdə hələ də bu böyük yalana sahib çıxmağa çalışan darvinist elm adamları var. Bu yalanın məhv olacağını görənlər isə başqa bir yalanla ortaya çıxmışdır. Bu yalan “mutasiyalar təkamülə səbəb olur” iddiasıdır.

 

Mənbələr:

  1. Charles Darwin, The Origin of Species, 6th edition, 1859 (London: J.M. Dent and Sons Ltd., 1971) – Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 84
  2. Colin Patterson, “Cladistics”, Brayan Lik ilə reportaj, Peter Franz, 4 Mart 1982, BBC.
  3. Lee M. Spetner, “Not By Chance, Shattering the Modern Theory of Evolution”, The Judaica Press Inc., 1997, səh. 175

 



XƏYALİ ARA KEÇİD FORMA ARCHAEOPTERYX

23 Aprel 2017 00:52

Təkamülçülərə cavab

XƏYALİ ARA KEÇİD FORMA ARCHAEOPTERYX
QUŞLARIN VƏ MƏMƏLİLƏRİN TƏKAMÜLÜ SSENARİSİ

20 Aprel 2017 21:18

Quranda təkamül yoxdur

QUŞLARIN VƏ MƏMƏLİLƏRİN TƏKAMÜLÜ SSENARİSİ
Təkamül nəzəriyyəsi adından da göründüyü kimi bir nəzəriyyədir və sübut olunmayıb

15 Aprel 2017 19:49

Təkamülçülərə cavab

Təkamül nəzəriyyəsi adından da göründüyü kimi bir nəzəriyyədir və sübut olunmayıb
Darvinist cinsi seçmə nəzəriyyəsinin süqutu

13 Aprel 2017 01:33

Quranda təkamül yoxdur

Darvinist cinsi seçmə nəzəriyyəsinin süqutu
Cinsi seçmə barədəki iddialara cavab – çardaq quşu misalında

10 Aprel 2017 23:38

Təkamülçülərə cavab

Cinsi seçmə barədəki iddialara cavab – çardaq quşu misalında

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.