20 Aprel 2017 21:18 Quranda təkamül yoxdur

QUŞLARIN VƏ MƏMƏLİLƏRİN TƏKAMÜLÜ SSENARİSİ

Gözlərin və qanadların ortaq xüsusiyyəti budur ki, onlar ancaq tamamilə təkmilləşmiş olduqları təqdirdə funksional olurlar. Başqa sözlə, natamam gözlə görmək olmaz, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ yaxşı başa düşülməyən sirlərindən biri kimi qalmışdır.   (Engin Korur)

Təkamül nəzəriyyəsinə əsasən, həyat suda təkamül etdikdən sonra amfibiyalarla quruya keçmişdir. Amfibiyaların bir qismi də nəzəriyyəyə əsasən, sürünənlərə təkamül edərək quruda yaşayan heyvana çevriliblər. Lakin bu iddia fizioloji və anatomik cəhətdən ziddiyyətlidir, məsələn, suda inkişaf edən amfibiya yumurtasının quruda inkişaf edən sürünən yumurtasına təkamül yolu ilə çevrilməsinin mümkün olmadığını göstərən çox sayda dəlil var.

Fosillərə baxdıqda isə belə bir çevrilmənin onsuz da yaşanmadığını görürük: sürünənlər amfibiyalarla heç bir təkamül əlaqəsi olmadan, heç bir "ataları" olmadan yer üzündə birdən ortaya çıxıblar. Onurğalı paleontologiyası üzrə nüfuzlu təkamülçü olan Robert Karol “ən qədim sürünənlərin bütün suda-quruda yaşayanlardan çox fərqli olduqlarını və əcdadlarının hələ də tapılmadığını” deyərək etiraf etmək məcburiyyətində qalmışdır. Robert L. Carroll, Vertebrate Paleontology and Evolution, New York: W. H. Freeman and Co., 1988, s. 198.

QUŞLARIN AĞCİYƏRLƏRİ

Təkamülçülərin iddialarına görə, quşların anatomiyası sözdə əcdadları olan sürünənlərdən təmamilə fərqlidir. Quşların ağciyərləri quruda yaşayan canlıların tamamilə əksinə fəaliyyət göstərir. Quruda yaşayan canlılar havanı eyni borudan alıb verirlər. Quşlarda isə hava ağciyərdə birtərəfli dövr edir. Bu, ağciyərlərin ətrafında olan xüsusi hava kisəcikləri tərəfindən təmin edilir.Uçuş zamanı xeyli miqdarda oksigenə ehtiyacı olan quşlar üçün bu cür quruluş xüsusi olaraq yaradılmışdır.Bu quruluşun sürünənların ağciyərindən təkamül keçirərək meydana çıxması imkansızdır, çünki iki müxtəlif ağciyər quruluşu arasındakı “aralıq” bir quruluşla nəfəs almaq mümkün deyil.

Ancaq təkamül nağılının mümkünsüz ssenariləri bununla da bitmir. Bir də quruya çıxmış bu canlıları "uçurmaq" lazımdır! Təkamülçülər quşların hər hansı yolla təkamül keçirdiyinə inandıqları üçün bu canlıların sürünənlərdən törədiyini iddia edirlər. Halbuki quruda yaşayan canlılardan tamamilə fərqli quruluşa malik olan quşların heç bir vücud mexanizmi “mərhələli inkişaf” modeli ilə açıqlana bilməz. Hər şeydən əvvəl quşu quş edən ən əhəmiyyətli xüsusiyyət, yəni qanadlar təkamül üçün çox böyük bir çıxmazdır.

Qanadların bu qüsursuz quruluşunun ardıcıl təsadüfi mutasiyalar nəticəsində necə meydana gəlməsi sualı tamamilə cavabsızdır. Bir sürünənin qabaq ayaqlarının genlərində meydana gələn pozulma (mutasiya) nəticəsində necə qüsursuz qanada çevrilməsi əsla açıqlana bilmir. Həmçinin quruda yaşayan bir canlının quşa çevrilə bilməsi üçün yalnız qanadlarının olması kifayət deyil. Quruda yaşayan canlı quşların uçmaq üçün istifadə etdikləri bir çox struktur mexanizmindən məhrumdur. Məsələn, quşların sümükləri quruda yaşayan canlılara nisbətən daha yüngüldür. Ağciyərləri təmamilə fərqli bir quruluş və funksiyaya malikdir. Fərqli əzələ və skelet quruluşuna və ürək-damar sisteminə malikdirlər. Bu mexanizmlər yavaş-yavaş "bir araya gələrək" meydana gələ bilməz. Buna görə də quruda yaşayan canlıların quşlara çevrilməsi nəzəriyyəsi tamamilə əsassızdır. Bundan başqa daha bir sual meydana gəlir: bütün bu elmdən kənar hekayəni doğru hesab etsək belə, bu hekayəni təsdiqləmək üçün lazım olan çox sayda "tək qanadlı", "yarım qanadlı" canlı qalıqları nəyə görə heç cür tapılmır?

 



Fosil qeydləri: Ara nümunələrin izi yoxdur

27 May 2017 16:14

Həyatın gerçək mənşəyi

Fosil qeydləri: Ara nümunələrin izi yoxdur
Elmin inkişafında iman edən alimlərin rolu

24 May 2017 23:29

Quranda təkamül yoxdur

Elmin inkişafında iman edən alimlərin rolu
Göz fosil qeydlərində birdən-birə üzə çıxır

22 May 2017 09:36

Təkamülçülərə cavab

Göz fosil qeydlərində birdən-birə üzə çıxır
Məməlilərin mənşəyi

3 May 2017 10:18

Təkamülçülərə cavab

Məməlilərin mənşəyi
Atın təkamülü ssenarisi

1 May 2017 22:09

Təkamülçülərə cavab

Atın təkamülü ssenarisi

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.