13 İyul 2017 18:38 Təkamülçülərə cavab

Nebraska adamı saxtakarlıqdır

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Feyrfild Osborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığındakı “Plieosen” dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya əsasən, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən bu məsələ ilə bağlı çox dərin elmi müzakirələr başladı. Bəziləri bu dişin sahibini pithecanthropus erectus olduğunu söyləyir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük müzakirələrə səbəb olan bu diş fosilinə “Nebraska adamı” adı verildi. “Elmi” adı da dərhal qoyuldu: hesperopithecus haroldcooki.

Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəni bərpa edildi. Hətta daha da irəli gedərək Nebraska adamının ailəsinin təbii mühitdə rəsmləri dərc edildi. Bütün bu ssenarilər bircə dişdən uydurulmuşdu. Təkamülçü kütlələr bu fantastik adamı o qədər mənimsəmişdilər ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər erkən hökmlə qərar verilməsinə qarşı çıxdıqda qəzəblə qarşılandı.

Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə, bu diş nə meymuna, nə də insana aid idi. Dişin prosthennops adlandırılan Amerika qabanının nəsli kəsilmiş cinsinə aid olduğu məlum oldu. Uilyam Qreqori bu səhvi xəbər verdiyi “Science” (Elm) jurnalındakı məqaləsinə belə başlıq qoymuşdu: “Göründüyü kimi, hesperopithecus nə meymun, nə də insandır”.

Elmi yazıçı Hank Haneqraaf bu məsələ ilə bağlı hadisələri nəql edir: 1922-ci ildə Nebraskada bir diş kəşf edildi. Bir az fantaziya gücü ilə bu diş mifoloji çənə sümüyünə, çənə sümüyü kəlləyə, kəllə də skeletə yerləşdirildi və skeletə bir üz, digər xüsusiyyətlər və tüklər əlavə edildi. Bu hekayə London qəzetlərində əks etdirildikdə təkcə Nebraska adamının deyil, eyni zamanda, Nebraska qadınının da rəsmi vardı. Bunların hamısı yalnız bircə dişdən ortaya çıxmışdı. Bir də skelet tapsalar, nələr olacağını siz düşünün. Bəlkə də bir il KİV-lərdə yayımlayardılar.

Bu kəşfdən bir müddət sonra buna bənzər bir diş geoloq Harold Kuk tərəfindən tapıldı. Bu dəfə diş həqiqi kəlləyə yerləşdirildi və kəllə də qaban skeletinə yerləşdirildi. Beləliklə, “elmi” baxımdan hesperopithecus haroldcooki adlandırılan Nebraska adamının mif kimi maskası düşdü.

Bu hadisə nəticəsində hesperopithecus haroldcooki və “ailəsi”nin bütün rəsmləri dərhal elmi ədəbiyyatdan çıxarıldı. Nebraska adamı, əslində, darvinistlərin bircə dişi bəhanə edərək necə fantastik təkamül ssenarisi uydura bildiklərinin mühüm göstəricisidir. Diş fosili canlının ümumi anatomiyasına dair, demək olar ki, heç bir məlumat verməməsinə baxmayaraq, qaban dişinə əsaslanaraq Nebraska adamının və ailəsinin rəsmlərinin çəkilməsi və bu saxtakarlığın ifşa edilənə qədər elmi göstərilməyə çalışılması darvinizm adına böyük biabırçılıqdır. Lakin bu nümunə darvinist saxtakarlıqların qarşısını almamış, darvinist yalanlar şüurlu şəkildə davam etmişdir.

 



Atın təkamülü saxtakarlıqdır

19 İyul 2017 20:35

Təkamülçülərə cavab

Atın təkamülü saxtakarlıqdır
Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır

17 İyul 2017 18:39

Təkamülçülərə cavab

Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır
Nebraska adamı saxtakarlıqdır

13 İyul 2017 18:38

Təkamülçülərə cavab

Nebraska adamı saxtakarlıqdır
Piltdaun adamı saxtakarlıqdır

12 İyul 2017 20:49

Təkamülçülərə cavab

Piltdaun adamı saxtakarlıqdır

11 İyul 2017 23:53

Təkamülçülərə cavab

"Neandertallar insanın meymunabənzər əcdadıdır" iddiası saxtakarlıqdır

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.