22 İyun 2017 23:01 Quranda təkamül yoxdur

“Mutasiyalar təkamülə səbəb olur” iddiası saxtakarlıqdır

Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və insana aid bütün genetik məlumatları daşıyan DNT molekulunda radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn yerdəyişmələr, qırılmalar və pozuntulardır. DNT-dəki məlumatlar A, T, C və G hərfləri ilə işarələnən 4 ayrı nukleotidin bir-birinin ardınca xüsusi və mənalı sırada düzülməsi ilə əmələ gəlir. Ancaq bu sırada bircə hərf səhvinin olması o quruluşu tamamilə pozur. Məsələn, uşaqlarda rast gəlinən qan xərçəngi xəstəliyi DNT-dəki hərflərdən birinin səhv olması nəticəsində üzə çıxır. Çernobıldakı radiasiya sızması və Xirosimaya atılan atom bombası nəticəsində sonrakı nəslin uşaqlarının şikəst olmalarının və ya xərçəng kimi xəstəliklərin üzə çıxmasının səbəbi də mutasiyaların orqanizmlərində əmələ gətirdiyi bu cür zərərli təsirlərdir.
Demək olar ki, bütün mutasiyalar zərərlidir və ümumiyyətlə, canlılar üçün ölümcüldür. Zərərsiz mutasiya nümunələri isə, əsasən, orqanizmə heç bir fayda verməmiş, çox halda təsirsiz qalmışdır. Elm adamları tədqiq edilmiş bütün mutasiyaların heç birinin canlının həyat prosesinə müsbət təsir etmədiyi nəticəsinə gəlmişdir.

Lakin təkamül nəzəriyyəsi sözdə yeni canlılar əmələ gətirən, möcüzələr yaradan bu xəyali mutasiyalara əsaslanır. Darvinistlər növlərin xəyali və faydalı saysız-hesabsız mutasiyanın ortaya çıxardığı mükəmməl forma və orqanlar vasitəsilə bir-birlərindən törədiklərini iddia edirlər. Darvinistlərə üz qarası olan bu iddia mutasiyaların orqanizmə mütləq zərər verdiyini bilən darvinist elm adamları tərəfindən irəli sürülmüşdür. Habelə, darvinistlər mutasiyaların bu zərərli təsirlərini çox yaxşı bilmələrinə baxmayaraq, sözügedən iddialarına laboratoriyada mutasiyaya uğradılmış dörd qanadlı mutant meyvə milçəyini nümunə göstərirlər. Diqqətli şəkildə həyata keçirilən mutasiyalar nəticəsində meyvə milçəyində əmələ gətirilən iki artıq qanad darvinistlər tərəfindən mutasiyaların təkamülə səbəb olması iddiasının ən böyük dəlili kimi təqdim olunmuşdur. Amma, əslində, bu iki qanad canlıya fayda deyil, zərər vermiş, canlının uçma qabiliyyətinin itirməsinə səbəb olmuşdur. Kaliforniya Universitetindən molekulyar bioloq C. Uels bunu belə açıqlayır:

1970-ci ildə Kaliforniya Texnologiya İnstitutundan genetik Eduard B. Luis üç mutant növünü cütləşdirərək müvazinət orqanı normal olan ikinci cüt qanada çevrilən meyvə milçəyi törətməyi bacardı.

İlk baxışda Karolun təcrübəsi nizamlayıcı DNT-dəki kiçik inkişaf yönlü dəyişikliklərin görünüşdə böyük təkamül xarakterli dəyişikliklər etməsi iddiasına dəlil kimi görünə bilər. Amma meyvə milçəyi yenə də meyvə milçəyidir. Habelə, ikinci cüt qanad normal görünməsinə baxmayaraq, uçma əzələlərindən məhrumdur. Dörd qanadlı meyvə milçəyi quyruğundan lazımsız yerə sallanan bir cüt qanadı olan təyyarə kimidir. Canlı uçarkən və cütləşərkən çətinlik çəkir, buna görə, yalnız laboratoriyada yaşaya bilir. Təkamülə dəlil kimi təqdim edilən dörd qanadlı meyvə milçəyi sirkdəki iki başlı danadan heç də yaxşı görünmür.

 



Atın təkamülü saxtakarlıqdır

19 İyul 2017 20:35

Təkamülçülərə cavab

Atın təkamülü saxtakarlıqdır
Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır

17 İyul 2017 18:39

Təkamülçülərə cavab

Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır
Nebraska adamı saxtakarlıqdır

13 İyul 2017 18:38

Təkamülçülərə cavab

Nebraska adamı saxtakarlıqdır
Piltdaun adamı saxtakarlıqdır

12 İyul 2017 20:49

Təkamülçülərə cavab

Piltdaun adamı saxtakarlıqdır

11 İyul 2017 23:53

Təkamülçülərə cavab

"Neandertallar insanın meymunabənzər əcdadıdır" iddiası saxtakarlıqdır

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.