29 Mart 2017 23:29 Quranda təkamül yoxdur

Hindistanda batil çoxtanrılı inancın mənşəyi

Hind mədəniyyəti Yaxın Şərq mədəniyyətləri qədər qədim olmasa da, dünyanın qədim sivilizasiyalarından biri sayılır.

Hindistanda  saysız-hesabsız  tanrılara  tapınan batil inanclar var. Bu batil dinləri araşdıran tədqiqatçılardan biri Endrü Lenqdir (Andrew Lang). Lenq uzunmüddətli tədqiqatlar nəticəsində çoxtanrılı dinlərin Yaxın Şərqdə meydana gəlməsinə oxşar prosesin Hindistanda da baş verdiyini üzə çıxarmışdır.

Eduard Makkreydi (Edward McCrady) də hindlilərin “Veda” adlı kitabını tədqiq edərkən hind mədəniyyətinin erkən dövrlərində tanrıların bir üstün İlahın müxtəlif xüsusiyyətləri kimi şərh edildiyini yazır.6 “Veda” kitabındakı ilahilərdə də açıq şəkildə təktanrılı tövhid inancının pozulmasının izlərini görmək mümkündür. Mövzunu təhlil edən tədqiqatçılardan Maks Müller (Max Müller), əvvəlcə, tək İlah inancının olduğunu qəbul edir:

“Veda”da tək Allah inancının çoxtanrılı inancdan daha əvvəl olduğunu görürük. Saysız-hesabsız tanrıya dualarında belə, tək və sonsuz Tanrının zikri göyü duman kimi örtmüş bütpərəst anlayışın arasından mavi səmanın görünməsi kimi üzə çıxır”.7

Buradan bir daha məlum olur ki, dinlərin təkamülü baş verməmişdir, əksinə, insanların haqq dinə bəzi batil inanclar əlavə etməsi və ya bəzi əmr və qadağalara etinasız yanaşması ilə dini inanclar zaman ərzində təhrif edilmişdir.

 



“New Scientist”, “Nature” kimi təkamülçü nəşrlərin “Alesi” yalanına cavab

22 Fevral 2018 01:40

Təkamülçülərə cavab

“New Scientist”, “Nature” kimi təkamülçü nəşrlərin “Alesi” yalanına cavab
XX əsrdəki nəticəsiz səylər

18 Fevral 2018 21:34

Təkamülçülərə cavab

XX əsrdəki nəticəsiz səylər
Həyat həyatdan gəlir

15 Fevral 2018 20:52

Təkamülçülərə cavab

Həyat həyatdan gəlir
Təkamül nəzəriyyəsinin arxa planı

12 Fevral 2018 18:04

Təkamülçülərə cavab

Təkamül nəzəriyyəsinin arxa planı
“Genetik dreyf” (Genetic drift) iddiası niyə əsaslı deyil?

8 Fevral 2018 16:55

Təkamülçülərə cavab

“Genetik dreyf” (Genetic drift) iddiası niyə əsaslı deyil?

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.