19 Dekabr 2016 19:58 Həyatın gerçək mənşəyi

Fosillər “həyat ağacını” təkzib edir...

 

Əvvəlcə, darvinizmin bu mövzudakı fərziyyəsini nəzərdən keçirək. Məlum olduğu kimi, darvinizm canlıların bir ortaq əcdaddan törədiyini və kiçik dəyişikliklərlə müxtəlifləşdiyini irəli sürür. Bu təqdirdə canlılar lap əvvəldən bir-birinə çox bənzər və ibtidai formalarda ortaya çıxmış olmalıdır. Yenə eyni iddiaya əsasən, canlıların bir-birlərindən fərqlənməsi və kompleksliklərinin artması da zaman ərzində paralel baş verməlidir.


Təkamülçü bioloq Ernst Hekkel tərəfindən 1866-cı ildə çəkilən «nəsil ağacı»

Qısa desək, darvinizmə əsasən, canlılar bir kökdən gələn, ancaq sonra budaqlara ayrılan ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə darvinist mənbələrdə israrla vurğulanır və “həyat ağacı” (tree of life) anlayışı tez-tez işlədilir. Bu həyat ağacına əsasən, canlılar arasındakı ən əsas təsnifat vahidi olan şöbələr də sol tərəfdəki sxemdə göründüyü kimi, mərhələli şəkildə ortaya çıxmış olmalıdır.

Darvinizmə əsasən əvvəlcə bir şöbə əmələ gəlməli, sonra digər şöbələr kiçik dəyişikliklərlə və uzun zaman kəsikləri ərzində yavaş-yavaş meydana çıxmalıdır. Darvinizmin bu fərziyyəsinə əsasən, heyvan şöbələrinin sayında da mərhələli artım baş verməlidir. Yan tərəfdəki şəkil darvinist fərziyyələrə əsasən, heyv an şöbələrində nəzərdə tutulan mərhələli say artımını göstərir.

Darvinizmə əsasən, canlılar bu şəkildə inkişaf etməlidirlər. Yaxşı, bəs, həqiqətən bu, belə olub?

Qətiyyən yox. Əksinə, heyvanlar ilk dəfə üzə çıxdıqları dövrdən etibarən çox fərqli və çox kompleksdirlər. Bu gün məlum olan bütün heyvan tipləri yer üzündə eyni anda Kembri dövrü kimi tanınan geoloji dövrdə üzə çıxmışlar. Kembri dövrü yaşı 570-505 milyon il kimi hesablanan 65 milyon illik geoloji dövrdür.

Əsas heyvan qrupları Kembri dövrünün “Kembri partlayışı” adlandırılan daha qısa yarım dövründə ani surətdə üzə çıxmışdır. Stefen C.Meyer, Pol A.Nelson və Pol Çien dərin elmi-ədəbi tədqiqata əsaslanan 2001-ci il tarixli məqalələrində “Kembri partlayışı geoloji dövrün 5 milyon ildən artıq davam etməyən, çox dar zaman intervalında əmələ gəlmişdir” yazırlar.56

Bu dövrdən əvvəlki fosil qeydlərində təkhüceyrəli canlılar və çox bəsit bir neçə çoxhüceyrəlidən başqa heç bir canlı izinə rast gəlinmir. Kembri dövrü kimi olduqca qısa dövr ərzində isə (5 milyon il geoloji cəhətdən çox qısa zaman kəsiyidir) bütün heyvan tipləri heç bir çatışmazlıq olmadan bir anda üzə çıxmışlar!

FOSİL QEYDLƏRİ TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ƏLEYHİNƏDİR.

TƏKAMÜL NƏZƏRİYYƏSİNƏ GÖRƏ TƏBİƏT TARİXİ
FOSİL QEYDLƏRİNİN GÖSTƏRDİYİ ƏSL TƏBİƏT TARİXİ
Təkamül nəzəriyyəsi əsas canlı qruplarının (növ və siniflərinin) eyni ortaq kökdən törədiyini və uzun zaman ərzində müxtəlifləşdiyini iddia edir. Yuxarıdakı sxem bu iddianı ifadə edir: darvinizmə görə bütün canlı növləri getdikcə şaxələnən ağac kimi genişlənməli idi. Fosil qeydləri isə bunun tamamilə əksini göstərir. Aşağıdakı sxemdə göründüyü kimi, müxtəlif canlı qrupları yer üzündə ani surətdə və fərqli quruluşda meydana çıxmışdır. Kembri dövründə 100-ə yaxın əsas canlı tipi bir anda meydana çıxmışdır. Daha sonra isə bu canlı qruplarının sayı artmamış, əksinə azalmışdır. (Çünki bəzi canlı növlərinin nəsli kəsilmişdir)

Kembri qayalıqlarında tapılan fosillər ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, qabıqlı dəniz canlıları və dəniz zanbaqları (crinoidea) kimi çox fərqli canlılara aiddir. Bu təbəqədəki canlıların əksəriyyətində dövrümüzdə yaşayan nümunələrindən heç bir fərqi olmayan göz, qəlsəmə, qan dövranı kimi kompleks sistemlər, təkmil fizioloji formalar nəzərə çarpır. Bu formalar həm çox kompleks, həm də çox fərqlidir. “Science news” yazıçılarından biri olan Riçard Monestarski Kembri partlayışı haqqında belə məlumat verir:

Yarım milyard il əvvəl... Bu gün gördüyümüz olduqca kompleks heyvan formaları ani surətdə üzə çıxmışlar. Bu an 550 milyon il əvvəl Kembri dövrünün məhz başlanğıcına uyğun gəlir ki, dənizlərin və yer üzünün ilk kompleks məxluqlarla dolması bu təkamül xarakterli partlayışla başlamışdır. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış onurğasız heyvan qrupları erkən Kembri dövründə artıq mövcud idi və dövrümüzdə olduğu kimi, bir-birlərindən çox fərqli idilər.57

Eyni məqalədə Çinin Çenqcianq ərazisindəki Kembri təbəqələrini tədqiq edən paleontoloq Jan Berqstrom belə deyir: “Çenqcianq faunası dövrümüzdəki böyük heyvan tiplərinin erkən Kembri dövründə artıq mövcud olduğunu və bu gün olduğu  kimi bir-birlərindən çox fərqli olduğunu üzə çıxarır."58

Dünyanın anidən bir-birindən çox fərqli canlı tipləri ilə necə dolub-daşması, heç bir ortaq əcdada malik olmayan fərqli canlıların necə meydana gəlməsi təkamül nəzəriyyəsinin heç vaxt cavablandıra bilmədiyi suallardır. Darvinizmin dünya səviyyəsində ən qabaqcıl tərəfdarlarından biri olan ingilis bioloq Riçard Dokinz bu həqiqət haqqında belə deyir:

... Kembri təbəqələri əsas onurğas ız canlı qruplarını tapdığımız ən qədim təbəqələrdir. Bunlar ilk dəfə ortaya çıxdıqları kimi həddindən artıq təkamül keçirmiş şəkildədirlər. Sanki heç bir təkamül tarixinə malik olmadan, o vəziyyətdə orada meydana gəliblər.59


Bu şəkil, Kembri dövründəki mürrəkəb quruluşa sahib canlıları təsvir edir. Belə fərqli canlıların heç bir əcdadları olmadan meydana çıxması darvinst nəzəriyyəni  elə ilk mərhələdə mənasız  edir.

Darvinizmin dünya səviyyəsindəki ən məşhur tənqidçilərindən biri olan Berkeley və Kaliforniya Universitetinin professoru Filip Conson paleontologiyanın üzə çıxardığı bu həqiqətin darvinizmlə açıq-aşkar ziddiyyət təşkil etdiyini belə açıqlayır:

Darvinist nəzəriyyə canlıların bir növ “getdikcə genişlənən fərqlilik üçbucağı” çərçivəsində inkişaf etdiyini irəli sürür. Bu nəzəriyyəyə əsasən, canlılar ilk canlı orqanizmdən və ya ilk heyvan növündən başlayaraq getdikcə müxtəlifləşmiş və bioloji təsnifatın daha yuxarı kateqoriyalarını əmələ gətirmişdir. Amma heyvan fosilləri bizə bu üçbucağın əslində başıaşağı dayandığını göstərir:: şöbələr elə ilk anda birlikdə var olmuşlar, sonra getdikcə sayları azalmışdır.60

(Solda) Burqes Şeyl fosil yatağında tapılan canlı fosillərindən  biri (Sağda) Marrella Kembri  dövrünə  aid  fosil

Filip Consonun qeyd etdiyi kimi, canlı tiplərinin mərhələli şəkildə əmələ gəlməsi bir tərəfə qalsın, bütün tiplər bir anda mövcud olmuşdur, hətta sonrakı dövrlərdə bəzilərinin n əsli kəsilmişdir. 53-cü səhifədəki qrafiklər fosil qeydlərinin tiplərin mənşəyi haqqında üzə çıxardığı bu həqiqəti göstərir:

Göründüyü kimi, Kembridən əvvəlki (Prekembri) dövrdə ancaq təkhüceyrəli canlılardan təşkil olunmuş üç fərqli tip var. Kembri dövründə isə 60-100 arasında fərqli heyvan tipi bir anda ortaya çıxmışdır. Sonrakı dövrlərdə isə bu tiplərin bir qisminin nəsli kəsilmiş, dövrümüzə qədər sadəcə bəzi tiplər gəlib çıxmışdır.


Maraqlı tikanlar: Kembri dövründə anidən meydana çıxan canlılardan biri Hallucigenia (solda). Bunlara kimi xeyli Kembri canlısına aid fosillərdə  hücümlara qarşı  qorunmaq üçün tikanlar və ya sərt qabıqlar mövcuddur. Heç bir “ovçu” canlının olmadığı bir dövrdə bu heyvanlar necə olur ki, bu cür müdafiə sisteminə sahib olurlar. Ovçu heyvanın mövcud olmaması, bu məsələni təbbi seçmə ilə açıqlamağı imkansız edir. Bu da Təkamül nəzəriyyəsinin cavabsız qaldığı məqamlardan biridir.

Elmi yazıçı Rocer Levin darvinizmin həyatın tarixi haqqındakı bütün fərziyyələrini məhv edən bu qeyri-adi vəziyyətdən belə bəhs edir:

“Heyvanların ümumi tarixindəki ən mühüm təkamül xarakterli hadisə” kimi tanınan Kembri partlayışı daha sonra da varlıqlarını qoruyacaq bütün əsas canlı formalarını (tiplərini) üzə çıxarmışdır. Bunların bir qisminin daha sonra nəsli kəsilmişdir. Hal-hazırda mövcud olan 30 fərqli heyvan tipi ilə müqayisə edildikdə Kembri partlayışının təqribən 100-ə qədər fərqli tipi üzə çıxardığı təxmin edilir.61



Molekulyar təkamül müəmması

22 Noyabr 2017 19:31

Təkamülçülərə cavab

Molekulyar təkamül müəmması
Millerin təcrübəsi

20 Noyabr 2017 15:54

Təkamülçülərə cavab

Millerin təcrübəsi
“Sapiens” kitabı və Yuval Noah Hararinin təkamül tarixi yanılması

18 Noyabr 2017 00:34

Təkamülçülərə cavab

“Sapiens” kitabı və Yuval Noah Hararinin təkamül tarixi yanılması
MAQNOLİYA YARPAĞI

15 Noyabr 2017 21:52

Təkamülçülərə cavab

MAQNOLİYA YARPAĞI
Ernst Hekkellin saxtakarlığı

13 Noyabr 2017 19:44

Təkamülçülərə cavab

Ernst Hekkellin saxtakarlığı

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.