11 Dekabr 2016 23:39 Həyatın gerçək mənşəyi

Fosil qeydlərinin göstərdiyi həqiqət


Almaniyanın Bavariya bölgəsində tapılan  140 milyon illik cırcırama fosili.Yaşayan nümunələrindən fərqlənimrı.

Bəs on illərlə cəmiyyətin şüuruna yerləşən “təkamül-paleontologiya” əlaqəsi haradan gəlir? Nə üçün bir çox insan fosil qeydlərindən bəhs edilərkən bu qeydlər ilə Darvinin nəzəriyyəsi arasında müsbət əlaqə təsəvvürünə qapılır? Bu sualların cavabı məşhur “Science”(Elm) elmi jurnalındakı bir məqalədə belə açıqlanır:

Təkamül biologiyası və paleontologiya sahələrindən kənarda qalan çox sayda yüksək təhsilli elm adamı təəssüf ki, fosil qeydlərinin darvinizmə çox uyğun olduğu səhv fikrinə düşmüşdür. Bu, böyük ehtimalla, ikinci dərəcəli mənbələrdəki həddindən artıq sadələşdirmədən qaynaqlanır; aşağı səviyyəli dərsliklər, yarı-populyar məqalələr və s. Digər tərəfdən, böyük ehtimalla, bir az tərəfli düşüncə də araya girir. Darvindən sonrakı illərdə onun tərəfdarları bu istiqamətdə (fosillər sahəsində) irəliləyiş əldə etməyə ümid bəsləmişlər. Bu irəliləyiş əldə edilməmiş, lakin yenə də müsbət yönlü ümid davam etmiş və bəzi təxəyyül məhsulu olan fantaziyalar da dərsliklərə bu cür girmişdir.53

N.Eldric və İ.Tattersal isə bu mövzuda belə şərh verirlər:


Kəhrəba  içində tapılmış  25 milyon illik  termit fosilləri. Bu gün yaşayan termitlərdən  heç  bir fərqi yoxdur.

Eyni növlərə aid fosillərin fosil qeydlərində mövcud olduqları müddət ərzində dəyişmədikləri Darvinin “Növlərin mənşəyi”ni nəşr etdirməsindən əvvəl də paleontoloqlara məlum idi. Darvin isə gələcək nəsillərin bu boşluqları dolduracaq yeni fosil tapıntıları əldə edəcəyini iddia etmişdir... Aradan keçən 120 ildən çox müddət ərzində aparılan bütün paleontoloji araşdırmalar nəticəsində fosil qeydlərinin Darvinin bu iddiasını təsdiqləməyəcəyi artıq açıq şəkildə görünür. Bu fosil qeydlərinin qeyri-kafiliyindən irəli gələn problem deyil. Fosil qeydləri açıq şəkildə sözügedən iddanın səhv olduğunu göstərir.

Növlərin həddindən artıq sabit olması və uzun zaman kəsikləri ərzində daima sabit qalması istiqamətindəki müşahidələr “Kral çılpaqdır” nağılındakı vəziyyətə bənzəyir. Hər kəs bunu görür, amma görməməzliyə vurur. Darvinin irəli sürdüyü mənzərəni israrla inkar edən fosil qeydləri ilə qarşı-qarşıya qalan paleontloqlar bu həqiqətdən açıq-aşkar üz çevirmişlər.54

Amerikalı paleontoloq S.M.Stenli isə fosil qeydlərinin ortaya qoyduğu bu həqiqətin elm dünyasına hakim olan darvinist ehkam tərəfindən necə gözardı edildiyini və etdirildiyini b elə izah edir:

Məlum olan fosil qeydləri pilləli təkamülə uyğun gəlmir və heç vaxt da uyğun gəlməmişdir. Nəzərə çarpan cəhət odur ki, bəzi tarixi şərtlər vasitəsilə bu ziddiyyət gizlədilmişdir... Bir çox paleontoloq əllərindəki dəlillərin Darvinin kiçik, yavaş və pilləli dəyişikliklərin yeni növ əmələ gətirməsi fikriylə ziddiyyət təşkil etdiyini hiss etmişdir... Ancaq onlar susdurulmuşdur.55

İndi fosil qeydlərinin günümüzədək “susdurulmuş” həqiqətini daha ətraflı təhlil edək. Bunun üçün ən qədim dövrlədən bu günə qədər keçən təbiət tarixini mərhələli şəkildə nəzərdən keçirmək lazımdır.

 


53 Science, 17 Temmuz 1981, s. 289.
54 N. Eldredge ve I. Tattersall, The Myths of Human Evolution, Columbia University Press, 1982, s. 45-46.
55 S. M. Stanley, The New Evolutionary Timetable: Fossils, Genes, and the Origin of Species, Basic Books, Inc., Publishers, N.Y., 1981, s. 71. 



Molekulyar təkamül müəmması

22 Noyabr 2017 19:31

Təkamülçülərə cavab

Molekulyar təkamül müəmması
Millerin təcrübəsi

20 Noyabr 2017 15:54

Təkamülçülərə cavab

Millerin təcrübəsi
“Sapiens” kitabı və Yuval Noah Hararinin təkamül tarixi yanılması

18 Noyabr 2017 00:34

Təkamülçülərə cavab

“Sapiens” kitabı və Yuval Noah Hararinin təkamül tarixi yanılması
MAQNOLİYA YARPAĞI

15 Noyabr 2017 21:52

Təkamülçülərə cavab

MAQNOLİYA YARPAĞI
Ernst Hekkellin saxtakarlığı

13 Noyabr 2017 19:44

Təkamülçülərə cavab

Ernst Hekkellin saxtakarlığı

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.