10 Aprel 2017 23:38 Təkamülçülərə cavab

Cinsi seçmə barədəki iddialara cavab – çardaq quşu misalında

Erkək çardaq quşu (külbəçi) öz dişisini cəlb etmək üçün yuvasını ətrafdan topladığı parlaq əşyalarla gözqamaşdırıcı formada bəzəyir. Yuvasının dekorasiyasında sınıq şüşə və alüminium folqa qırıqları ilə yanaşı, qoyun sümüyü və siqaret qutusu üzlüyündən də istifadə edən quş bunları daima “simmetrik nizamla” yerləşdirir. Bu yolla daha gözəl yuva qurmağı bacaran quş dişini yuvasına cəlb edir, beləliklə, cütləşib öz nəslini davam etdirir.

Darvin çardaq quşundakı kimi cütləşmə davranışlarından təbii seçmə yox, “cinsi seçmə” (seksual seleksiya) anlayışı çərçivəsində bəhs etmişdir.

Cinsi seçmə cinsiyyət yoluyla çoxalan canlıların bir cinsində, xüsusilə də, erkəklərdə daha çox cütləşib daha çox nəslə sahib olmağı təmin edən fiziki xüsusiyyətlərin digər cins tərəfindən seçilməsini ifadə edir. Darvin “Növlərin mənşəyi” adlı kitabında cinsi seçmə ilə əlaqədar bu fərziyyəni irəli sürmüşdür:

“… Dişi quşların öz gözəllik standartlarına əsasən, ən xoş səsli və gözəl görkəmli erkək quşları minlərlə nəsil boyu seçməsi nəticəsində nəzərə çarpan bir təsir yaradacağından şübhə duymaq üçün heç bir səbəb görmürəm”.1

Darvinə görə, daha gözəl və diqqət çəkən xüsusiyyətlərə malik quşlar nəsillər ərzində seçilərək axırda fərqli xüsusiyyətlər qazana və ya başqa bir növə çevrilə biləcəklər. Bu fikirlərinin əleyhində “heç bir yaxşı səbəb” görməyən Darvin on iki il sonra yayımladığı “İnsanın əmələ gəlməsi” adlı kitabında; quşlardan meymunlara doğru gedən sxemdə yerləşən canlı növlərində erkəklərdə olduğu halda, dişilərdə olmayan göz qamaşdıran fiziki quruluşla əlaqədar bir iddia ortaya qoydu. Darvinin iddiasına əsasən, erkəklərə məxsus estetik formalar (tovuzquşularda erkəklərdə olub dişilərdə olmayan quyruq lələkləri kimi) dişilərin nəsillər boyunca etdiyi seçim nəticəsində əmələ gəlmiş ola bilərdi.

Ancaq Darvin yanılırdı. Onun dövründə lazımi elmi tədqiqat imkanları olmadığına görə, bu fərziyyənin nə dərəcədə yanlış olduğunun dərk edilməsi üçün aradan bir müddət keçməli idi. Elmdə gedən irəliləyişlər Darvinin görmədiyi səbəbin mövcud olduğunu, daha da əhəmiyyətlisi, bu səbəbin təkamül nəzəriyyəsi üçün mühüm çıxılmaz vəziyyət olduğunu üzə çıxartdı.

Bu çıxılmaz vəziyyəti müxtəsər şəkildə belə izah edə bilərik: genetika prinsiplərinə əsasən, növləri təyin edən genetik məlumatlar gen hovuzları daxilində sabitdir. Bu genetik məlumatlar cütləşmə yoluyla nə cür kombinasiyalar yaratsa da, əmələ gələn variasiyalar qətiyyən növün xarakteristik xüsusiyyətləri xaricində hansısa xüsusiyyət qazanmır. Beləliklə, dişilərin seçimi nəsildən-nəslə saxlanılan genetik xüsusiyyətlərə təsir göstərmir. Bu səbəbdən erkəklərə əvvəlcədən malik olmadıqları xüsusiyyətlər qazandıra bilməz.

Misal üçün, müəyyən bir irqə məxsus bütün qadınlar bundan etibarən hündürboy kişilərlə evlənmək üçün qərar qəbul etsələr və bunu nəsillər boyu davam etdirsələr, həmin irqə mənsub kişilərin orta hündürlüyü bir müddət uzandıqdan sonra müəyyən həddə çatıb dayanacaqdır. Analoji olaraq, hər hansı erkək quş dişisinin seçimləri nəticəsində ancaq öz növünün gen hovuzundakı variasiyalar qədərincə morfoloji (quruluşca) dəyişiklik göstərir. Lələkləri müəyyən ölçüdə uzanıb-qısala və ya gen hovuzunda mövcud rənglərə sahib ola bilər. Lakin yeni bioloji quruluşlar meydana çıxmaz – yəni “təkamül” baş verməz.


Mənbə:

1.  http://www.tbi.univie.ac.at/Origin/origin_4.html#xtocid1864527



Atın təkamülü saxtakarlıqdır

19 İyul 2017 20:35

Təkamülçülərə cavab

Atın təkamülü saxtakarlıqdır
Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır

17 İyul 2017 18:39

Təkamülçülərə cavab

Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır
Nebraska adamı saxtakarlıqdır

13 İyul 2017 18:38

Təkamülçülərə cavab

Nebraska adamı saxtakarlıqdır
Piltdaun adamı saxtakarlıqdır

12 İyul 2017 20:49

Təkamülçülərə cavab

Piltdaun adamı saxtakarlıqdır

11 İyul 2017 23:53

Təkamülçülərə cavab

"Neandertallar insanın meymunabənzər əcdadıdır" iddiası saxtakarlıqdır

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.