8 Yanvar 2017 23:48 Təkamülçülərə cavab

BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?

31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Yazının əvvəlində bu yazının yaradılış həqiqətinə ideoloji etiraz olaraq hazırlandığı açıq şəkildə bildirilirdi.

“Həyat necə başladı? Bəşəriyyət tarixi boyu, demək olar ki, hər kəs fövqəltəbii qüvvələrin bunu etdiyinə inanıb. Fərqli yanaşma düşünülmədi. Bu artıq düzgün deyil. Ötən əsr boyu bəzi elm adamları həyatın ilk dəfə necə ortaya çıxdığını izah etməyə çalışdılar. Öz laboratoriyalarında təsadüfi şəkildə yeni həyatı ortaya çıxarmağa cəhd etdilər. Bu günə qədər bunu bacaran olmadı, lakin uzun yol qət etdik. Bu gün həyatın mənşəyi üzərində çalışan alimlərin çoxu düzgün yolda olduqlarına əmindir, təcrübələri də bu inamlarını dəstəkləyir”.

Göründüyü kimi, darvinistlər əllərində hələ də bir sübut olmadığını lap əvvəldən etiraf edir, amma “çox yol qət etdikləri” bilgisi ilə leyhdə təəssürat yaratmağa çalışırdılar. Məlum olduğu kimi, sübut olunmamış iddiaya inanmaq elmi deyil, ideoloji yanaşmadır. Yazını qələmə alan Marşal “Yerdə həyatın başlanğıcı sirri” başlığı ilə oxucularına sirr verəcəyi imicini yaradıb. Bir tərəfdən müxtəlif elmi iddialar sadalayır, bir tərəfdən də bunların nə üçün təkamül mənasında baş verməyəcəyinə toxunaraq qərəzsiz yanaşmalar etməyə çalışıb. Ancaq yazının sonunda yenə irəli sürdüyü saxta dəlillərə əsaslanaraq “təkamül mənasında həyatın başlanğıcını anlamağa indi daha yaxın olduğumuz” istiqamətində bir nəticəyə gəlib. Halbuki hekayədən ibarət “dəlillər”in sübut olunmuş heç bir əsası yoxdur. Fərziyyələrlə, “bu və ya digər bir şey baş vermiş ola bilər” şəklində bir qismi xəyali, bir qismi də o günlərin şərtlərinə uyğun olmayan iddialar irəli sürməkdən başqa görülən iş yoxdur.

Sözü gedən iddiaların elmi əsassızlığına toxunsaq:

Abiogenez: dəlili olmayan ssenari

Həyatın necə başlandığının izahı təkamül ssenarisinin ən qaranlıq tərəflərindən biridir. Abiogenez, yəni cansız maddələrdən canlıların formalaşması məsələsində təkamülçülərin heç bir açıqlaması yoxdur. Çəkilən xəyali “təkamül ağacları”nda ilk hüceyrədən əvvəlki dövr dumanlı şəkildə göstərilərək bu dövrə aid məlumatın olmadığı qəbul edilmiş olur. Hətta bu cür suallardan qaçmaq üçün “təkamül ilk hüceyrə əmələ gəldikdən sonra növləşmə mərhələlərini açıqlayır. Bu ilk hüceyrə məsələsi abiogenezin mövzusudur, təkamülün deyil” kimi ifadələrə əl atırlar. Hətta təkamülçü Riçard Dokinzin bu məsələdə yenə etiraf məzmunlu açıqlamasında həyatın dünyaya kənardan gələn “özünü törədən xəyali molekul” ilə başlamış ola biləcəyini söyləməsi də, həyatın dünyada təsadüfi yolla ortaya çıxmasının mümkünsüzlüyünün qəbulu deməkdir. (https://www.youtube.com/watch?vvo6r5mtxcrı). Bundan 4  il əvvəl Dokinz öz fonduna aid internet saytında “həyatın necə başladığına dair nəzəriyyə irəli sürmək” ilə bağlı 2 milyon funt-sterlinq mükafatlı müsabiqə elan etmişdi. Belə bir araşdırma müsabiqəsinin elan edilməsi də təkamül nəzəriyyəsinin əsasını təşkil edən həyatın başlanğıcının bu günə qədər izahı bir yana qalsın, nəzəriyyəsinin belə hələ formalaşmadığının bir sübutudur.



Atın təkamülü saxtakarlıqdır

19 İyul 2017 20:35

Təkamülçülərə cavab

Atın təkamülü saxtakarlıqdır
Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır

17 İyul 2017 18:39

Təkamülçülərə cavab

Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır
Nebraska adamı saxtakarlıqdır

13 İyul 2017 18:38

Təkamülçülərə cavab

Nebraska adamı saxtakarlıqdır
Piltdaun adamı saxtakarlıqdır

12 İyul 2017 20:49

Təkamülçülərə cavab

Piltdaun adamı saxtakarlıqdır

11 İyul 2017 23:53

Təkamülçülərə cavab

"Neandertallar insanın meymunabənzər əcdadıdır" iddiası saxtakarlıqdır

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.